"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
Azərbaycan hava məkanındakı aviasiya hərəkəti 2022-ci ildən bəri 80 %-dən çox artıb, tranzit uçuşların sayı isə ikiqat artaraq ölkənin qlobal aviasiya marşrutlarındakı əhəmiyyətini bir daha təsdiqləyib.
Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev Bakıda keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025”də deyib.
Onun sözlərinə görə, ötən il AZAL 63 istiqamətə uçuş həyata keçirib və bu da 2022-ci ilin 27 istiqaməti ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur: "Eyni dövrlər üzrə sərnişin sayında da iki dəfə artım olub. “Boeing”, “Airbus”, “AerCap” və “CDB Aviation” ilə yeni təyyarələrin alınması və lizinqi barədə müqavilələr imzalanıb, 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə donanmamıza qoşulacaq".
S. Rzayev qeyd edib ki, 2024-cü ildə AZAL “Skytrax World Airline Awards 2024”ün “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” mükafatına layiq görülüb: "Bu və qazandığımız digər mükafatlar təhlükəsizlik, xidmət və sərnişin məmnuniyyətində artan mükəmməlliyimizin sübutudur. Mərkəzimiz olan Heydər Əliyev Beynəlxalq Aeroportu şəbəkəsini 67 -dən 2024-cü ildə 81-ə çatdıraraq 7,5 milyon sərnişinə xidmət göstərir və səkkizinci dəfədir ki, Mərkəzi Asiya və MDB-də Ən Yaxşı Hava Limanı və ardıcıl üçüncü dəfə “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” mükafatlarını qazanıb. Liman həmçinin “Airport Carbon Accreditation” proqramı çərçivəsində 2-ci səviyyə sertifikatlaşdırılmasına nail olub".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)



