Epoint, VISA Payment Facilitator statusunu əldə etdi!
Epoint sahibkarlar üçün ödəniş proseslərini daha da sürətli, şəffaf və müasir formada təqdim edəcək.(®) Epoint Inc. beynəlxalq ödəniş ekosistemində mühüm bir mərhələyə qədəm qoyaraq VISA tərəfindən Payment Facilitator (PF) statusu ilə sertifikatlaşdırılıb.
Bu status şirkətə platforması üzərindən ticarət tərəfdaşlarını (sub-merchant) birbaşa qoşmaq və onların ödənişlərini qəbul etmək imkanı verir.
Payment Facilitator kimi fəaliyyət göstərmək, Epoint-in sahibkarlar üçün ödəniş proseslərini daha da sürətli, şəffaf və müasir formada təqdim etməsinə imkan yaradacaq.
Visa Payment Facilitator (PF) sertifikasiyası, ödəniş ekosistemində fəaliyyət göstərən platformalara rəqəmsal ödənişlərin qəbulunu daha çevik və təhlükəsiz şəkildə təmin etmək imkanı verən təşəbbüsdür. Bu proqram vasitəsilə Visa, yeni nəsil ödəniş həllərinin formalaşmasında iştirak edən platformalar üçün texniki dəstək, ekosistemə nəzarət və maliyyə inklüzivliyi sahəsində böyümə perspektivləri yaradır.
PF sertifikasiyası sayəsində payfac-lar Visa ilə birbaşa əməkdaşlıq imkanına sahib olur, daha geniş miqyasda risklərin idarə olunması və müştəri qorunması üçün resurslara çıxış əldə edirlər. Bu, xüsusilə inkişaf etməkdə olan regionlarda rəqəmsal iqtisadiyyatın güclənməsi üçün strateji bir vasitə kimi qiymətləndirilir.
Yeni imkanlar və üstünlüklər:
-Fərdiləşdirilmiş xidmətlər və komissiyalar – Platforma sahibkarlar üçün fərdi ödəniş şərtləri və əlavə xidmətlər (məsələn, fırıldaqçılıq monitorinqi) təklif edə bilər.
-Rəqəmsal uyğunluq və təhlükəsizlik – PCI DSS və KYC/AML standartlarına uyğun fəaliyyət tam şəkildə platforma daxilində həyata keçirilir.
-Beynəlxalq miqyaslı inkişaf üçün zəmin – PF statusu ilə Epoint, platformanı daha geniş coğrafiyada fəaliyyətə uyğunlaşdırmaq imkanı əldə edir.
"VISA tərəfindən verilmiş PF statusu, bizim texnoloji və əməliyyat imkanlarımızın bir daha təsdiqidir. Məqsədimiz – KOB sektorunu rəqəmsal ödənişlərdə yeni mərhələyə daşımaq və bu sahədə etibarlı tərəfdaş olmaqdır." - deyə Epoint Inc. şirkətinin təsisçisi və direktoru Zeynal Kərimzadə bildirib.
Ətraflı məlumat və əməkdaşlıq üçün:
+99470 242 99 66
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
20 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























