Azərbaycanda Hyundai-ın yeni üslubda salonu açıldı
Cənubi Koreyanın Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkəti Hyundai salonlarını şirkətin yeni korporativ üslubuna və standartlarına uyğun olaraq təmir etməyə başlayıb. “Marja” xəbər verir ki, şirkət birinci ABŞERON satış və servis mərkəzini yeni üsluba uyğun olaraq təmir edib.
09 Sentyabr 2017-ci il tarixində media nümayəndələrinin və qonaqların iştirakı ilə satış və servis mərkəzi istifadəyə verilib.
ŞİRKƏT ÜÇÜN STRATEJİ ƏHƏMİYYƏTƏ MALİKDİR
Tədbirdən öncə “Auto Azərbaycan” şirkətinin Marketinq departamentinin rəhbəri Rauf Cahangirov “Marja”ya bildirdi ki, Xırdalan dairəsində yerləşən Hyundai satış və servis mərkəzi şirkət üçün strateji əhəmiyyətə malkdir:
“Bakının şimal girişində yerləşən bu mərkəz Abşeronun şimal kəndlərində, Xırdalanda, Sumqayıtda, o cümlədən Bakıya yaxın şimal rayonlarında və Şamaxı yolu üzərindəki qəsəbə və yaşayış massivlərində yaşayan müştərilərimizin xidmətindədir. Onlar Bakıya daxil olmadan, vaxt itirmədən, rahat servis xidmətlərindən istifadə edirlər. Bu satış və servis mərkəzi 10 ildir fəaliyyət göstərir. Təmir ilə əlaqədar olaraq bir müddət bağlı olmuşdu. Bu gün Hyundai-ın ən son standartlarına uyğun təmir olunmuş ABŞERON satış və servis mərkəzini yenidən müştərilərin istifadəsinə veririk”.
“BAZAR ŞƏRTLƏRİ ÇƏTİN OLSA DA, XİDMƏT SƏVİYYƏSİNİ YÜKSƏK SAXLAYIRIQ”
Rauf Cahangirov əlavə etdi ki, mərkəzdə bütün model sırası təmsil olunub, ehtiyat hissələrinin satışı və servis xidmətləri göstərilir.
“Hal-hazırkı bazar şərtləri nə qədər çətin olursa-olsun biz müştərilərimizə ən yüksək səviyədə xidmət göstərməyə davam edirik. Azərbaycanda avtomobil satışı şirkətləri arasında ən geniş satış və xidmət şəbəkəsi bizdədir. Ölkə üzrə bizim 13 yerdə xidmət mərkəzimiz var”.
MƏRKƏZİN FONU ŞABALIDI VƏ GÜMÜŞÜ RƏNGDƏDİR
Mərkəzin istifadəyə verilməsi münasibətilə təşkil edilən tədbirdə şirkətin Xırdalan satış və servis mərkəzinin rəhbəri İlham Abdullayev bildirdi ki, əvvəllər göy rəngdə olmuş servis və satış mərkəzinin fonu yenilənib: “Bütün dünyada olduğu kimi Azərbaycanda da Hyundai-ın yeni şabalıdı və gümüşü rənglərindən istifadə olunub. Bu gündən sonra bu məkanda yeni şəraitdə müştərilərimizə daha yaxşı xidmət göstərəcəyik”.
“MÜŞTƏRİLƏRƏ YENİ RUHLA XİDMƏT GÖSTƏRƏCƏYİK”
Tədbirdə “Auto Azərbaycan” şirkətinin İdarə Heyətinin sədri Nasir Seyidzadə bildirdi ki, məlum iqtisadi vəziyyət ilə əlaqədar olaraq avtomobil sektoru üçün çətin keçən 2 ilin ardından “Auto Azərbaycan” şirkəti yenidən canlanıb. Xeyli investisiya yatırılaraq Xırdalan satış və servis mərkəzi yeni korporativ üslubda təmir olub, servis mərkəzində yeni avadanlıqlar quraşdırılıb.
“Servis mərkəzi yeni avadanlıqlar ilə təchiz edilib, yeni kadrlar cəlb edilib. Müştərilərimizə yeni bir ruhla xidmət göstərməyə başlayırıq” – o dedi.
Tədbirdə şirkətin rəsmiləri qeyd etdilər ki, bu il Dollar/manat məzənnəsinin sabitləşməsi avtomobil satışlarını cüzi artırıb. 2018-ci ildə saışların bir qədər də artacağı gözlənilir. Həmçinin gələn il, bir neçə yeni Hyundai modelinin satışa çıxacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
1 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
19 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
20 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
20 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
21 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 21 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi










.jpg)






.jpg)
