"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi
"Prime Cotton" şirkəti, Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünü yad edərək, 28 aprel 2025-ci il tarixində Bərdə filialında qanvermə aksiyası həyata keçirilib.
Tədbirdə "Prime Cotton" şirkətinin Bərdə, Tərtər və Ağcabədi filiallarının əməkdaşları və fermerləri könüllü şəkildə iştirak etməklə yanaşı, Bərdə Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə rayon təşkilatının, akademik Zərifə Əliyeva adına Bərdə rayon Liseyinin, eləcə də Bərdə Suvarma Sistemləri İdarəsinin rəhbərliyi və işçi heyəti də aksiyaya qatılaraq bu nəcib təşəbbüsə dəstək veriblər.
Bu xeyriyyə tədbirinin əsas məqsədi — talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən insanlar başda olmaqla, ümumilikdə qana ehtiyacı olan bütün şəxslərə dəstək olmaq, həmçinin cəmiyyətə könüllü donor mədəniyyətini aşılayaraq, humanizm prinsiplərinin daha da geniş yayılmasına töhfə vermək olub.
Prime Cotton şirkətinin CEO-su Rövşən Mahmudov tədbirlə bağlı fikirlərini belə ifadə edib:
"Akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edərək təşkil etdiyimiz bu qanvermə aksiyası, həm insan həyatına verilən yüksək dəyərin, həm də sosial məsuliyyət anlayışımızın bariz nümunəsidir. Biz inanırıq ki, hər bir yaxşılıq cəmiyyətimizdə müsbət dəyişikliklərin əsasını qoyur. Prime Cotton olaraq, gələcəkdə də bu kimi xeyirxah təşəbbüslərə dəstəyimizi davam etdirəcəyik."
Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankı PHŞ-nın tibb heyətinin yaxından iştirakı ilə təşkil edilmiş, qanvermə prosesi bütün sanitariya-gigiyena tələblərinə uyğun şəkildə həyata keçirilmişdir.
Prime Cotton şirkəti üçün sosial məsuliyyət yalnız korporativ fəaliyyətin ayrılmaz tərkib hissəsi deyil, həm də ümumbəşəri dəyərlərə xidmət edən əsas prinsiplərdən biridir. Bu səbəbdən şirkətimiz gələcəkdə də sağlam cəmiyyətin qurulmasına yönəlmiş təşəbbüsləri davam etdirməkdə israrlıdır.
Qeyd edək ki, qanvermə aksiyaları insanların həyatını xilas etmək, onların sağlamlığını qorumaq üçün əvəzsiz imkan yaradır. Bu cür tədbirlər həmrəylik ruhunun gücləndirilməsinə və insan həyatına verilən dəyərin təbliğinə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)

