"Tanınmış brendlərin cəmləşdiyi bir ərazidə Porsche də olmalıdır" - MÜSAHİBƏ
Xəbər verdiyimiz kimi, 10 sentyabr 2017-ci il tarixində Bakının mərkəzində, Neftçilər prospekti, 111 ünvanında rəsmi idxalçı “Əfəndilər” MMC-yə məxsus yeni Porsche salonunun açılışı olub.
2006-cı ildən Mikayıl Əliyev, 7 ünvanında fəaliyyət göstərən Porsche Bakı Mərkəzi ilə yanaşı işləyəcək bu salonda müştərilər avtomobillərlə tanış olub, arzu etdikləri modeli sifariş edə bilərlər. Bununla yanaşı, burada Porsche Driver’s Selection geyim və aksessuarlar kolleksiyası da nümayiş olunur.
Salonun açılışı ərəfəsində “Əfəndilər” şirkətinin nümayəndəsi Fuad Əliyev “Marja”nın suallarını cavablandırıb.
-Fuad bəy nə üçün Bakının mərkəzində salonun açılmasına qərar verildi?
- İlk növbədə bu addımı Porsche avtomobilləri ilə maraqlananların rahatlığı üçün etmişik. Dünyanın ən tanınmış brendlərini təklif edən mağaza və ticarət mərkəzlərinin cəmləşdiyi bir ərazidə Porsche-nin də olması məntiqə uyğundur. Axı biz həm də Porsche Driver’s Collection geyim və aksessuarlar xəttini təmsil edirik və Porsche brendini sevən hər bir adam yeni salonumuzda özünə Porsche-dən gödəkcə, eynək və ya çətir ala bilər.
-Porsche bir lüks marka olmaqla bərabər, bir idman markası kimi də tanınır. Azərbaycanda Porsche lüks avtomobil olaraq, yoxsa daha çox idman avtomobili olaraq alınır?
- Porsche-nin istənilən modelində idman genləri mövcuddur. Ona görə də bunu belə desək yaxşıdır: Porsche alanlar idmansayağı lüks avtomobil axtaranlardır.
-Hal-hazırda 5-6 il əvvəllə müqayisədə Azərbaycanda daha çox lüks avtomobil brendi təmsil olunur. Bu sizin satışlarınıza necəsə təsir göstərib?
- Biz rəqabətdən çəkinmirik, əksinə, rəqabəti alqışlayırıq. Hər bir avtomobil brendinin öz aşiqi var və Azərbaycanda nə qədər çox lüks brend təmsil olunsa, bu o qədər yaxşıdır. Bizim yüksək peşəkar komandamız isə Porsche avtomobillərinin fərqli cəhətlərini hər bir şəxsə çatdırmaqdan zövq alır. Seçimi artıq müştəri etməlidir.
-Avqustun sonunda yeni Porsche Cayenne təqdim edildi. Bu model Azərbaycana nə vaxt gətiriləcək?
- Bu modelin Azərbaycana gələn ilin əvvəli gələcəyi gözlənilir.
-Yeni Cayenne sələfindən hansı yenilikləri ilə fərqlənir?
- Yeni Cayenne əsasən ön və arxa hissəsinin dizaynı ilə fərqlənir. Modelinin texniki hissəsi ciddi şəkildə təkmilləşdirilib. Bu avtomobil MLB Evo modul platforması üzərində hazırlanıb. Onun güc strukturunda yüksək möhkəmlikli metallar üstünlük verilibdir. Avtomobilin uzunluğu 63 millimetr artıb çəkisi 65 kiloqram azalıb və 1985 kiloqram təşkil edir.
Krossover ilkin dövrlərdə səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışan 340 at güclü 3.0-litr turbo və 440 at güclü 2.9-litr biturbomühəriklə təchiz ediləcək. Bundan əlavə müştərilər avtomobili daha çevik edən “Sport Chrono” dəstini sifariş edə biləcəklər.
Tam çəkiş sistemi dəyişilməz qalsa da, bu sistemlər kompleksi Porsche 4D Chassis Control adını alıbdır. İlk dəfə olaraq Cayenne ön və arxa oxda müxtəlif ölçülü təkərlərlə təchiz edilir.
Daha bir ilklərdən olan PSCB (Porsche Surface Ciated Brake) adlı əyləc sistemi mövcuddur - bunlar volfram karbidi ilə üzlənmiş çuqun disklərdir. Beləəyləclər 21-düymlük təkər diskləri və ağ rəngli supportlarla təklif edilir.
- 2017 və 2018-ci illərdə daha hansı modelləri satışı təqdim etməyi nəzərdə tutursunuz?
- 2017-ci ildə biz tam yeni Panamera-nın əsas satışlarına başladıq, 718 Boxster modelini təqdim etdik. Gələn il isə il yeni Cayenne modelinin siması altında keçəcəyinə əminik.
-Müsahibə üçün təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
8 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
9 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib

























