"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
İnnovasiya və sürət lideri “Bakcell” 2024-cü ildə həyata keçirdiyi strateji və vizual yenilənmə ilə bu gün rebrendinqinin ilk ildönümünü qeyd edir. Son bir il ərzində “Bakcell” rəqəmsal gələcəyə doğru sürətlə addımlayaraq, yenilənmiş dizayn və brend strategiyası ilə innovasiya və süni intellekt dəstəkli həllərdən daha geniş şəkildə istifadə etməyə başlayıb.
Strategiya çərçivəsində müştərilərə “Birinci Tariff”, “VoWifi”, “Bakcell Fiber”, “Star tarifləri”, “Bakcell Kart”, “Tarif məsləhətçisi” kimi innovativ məhsul və xidmətlər təqdim edilib. Bu yeniliklər, ilk növbədə, müştərilər üçün innovativ məhsul və xidmətlərin artırılması, bununla da müştəri təcrübəsinin zənginləşdirilməsini hədəfləyir.
Yeni brend strategiyası və müştəriyönümlü yanaşması ilə “Bakcell” bu gün xüsusi olaraq Qarabağ və bütün Azərbaycan bölgələrində ən sürətli, innovativ məhsul və xidmətlərini təklif edir. Rebrendinq nəticəsində Bakcell ölkənin rəqəmsal inkişafına töhfə verməklə yanaşı, innovasiyalara, dayanıqlılığa və milli dəyərlərə sadiqliyini də nümayiş etdirir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















