2026- 2029-cu illər üzrə Dollar/Manat məzənnəsi hansı səviyyədə götürülür? - RƏSMİ
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında ortamüddətli dövr üçün (2026-2029-cu illər) yenilənmiş makroiqtisadi proqnozlar təqdim olunub.
Marja.az 2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsinə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026- 2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülmüşdür.
"Fiskal və monetar siyasətlərin sıx əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin əvvəlki ildəki kimi sabitliyini (1 ABŞ dollarına qarşı 1,70 manat) təmin etmişdir", - Ortamüddətli Büdcə Çərçivəsi hesabatında deyilir.
Qeyd edək ki, 1 ABŞ dollarına qarşı 1,70 manat şərti baza ssenaridə keçərlidir. Bu gün Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının dərc etdiyi Maliyyə Sabitliyi Hesabatında bildirilir ki, pessimist senari də Manat ucuzlaşa bilər: "Pessimist ssenaridə Brent markalı neftin qiymətinin kəskin azalması nəzərdə tutulur ki, bu da Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yarada bilər. Bu ssenari üzrə qeyri-neft sektorunda ilkin mərhələdə cüzi artım, sonrakı dövrdə isə azalma olur. İnflyasiyanın kəskin yüksəlməsi ilə qiymət sabitliyinə ciddi təzyiqlər yaranır. Milli valyutanın nominal və real effektiv məzənnələrində əhəmiyyətli eniş baş verir, bu isə manatın dəyərinin zəifləməsinə səbəb olur".
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
20 d. əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
-
1 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 2 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
Ən çox oxunanlar
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
























