Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ prezidenti Donald Tramp Çin mallarına tətbiq edilən rüsumları 125%-ə çatdırmaq və digər ticarət tərəfdaşları üçün nəzərdə tutulmuş tarif artımlarını 90 gün müddətinə təxirə salmaq qərarına gəldiyini açıqlayıb. Bu qərarın fonunda beynəlxalq birjalarda dollar major valyutalar qarşısında bahalaşdı. USDJPY valyuta cütlüyü 143.980 səviyyəsindən 148.260 səviyyəsinə qədər kəskin artım göstərdi. USDCHF cütlüyü isə eyni dövr ərzində 0.84000 həddindən 0.85830 həddinə qədər yüksəldi.
Dollar, bahalaşmasına baxmayaraq, təzyiq altında qalmaqda davam edir. Bunun fonunda qızıl ötən həftə itirdiyi mövqelərini bərpa etmək istəyir. Dəyərli metal çərşənbə günü 2969$ səviyyəsindən bahalaşmağa başladı və hazırda 3115$ səviyyəsində ticarət olunur. Neftin qiyməti də tariflərin təxirə salınması xəbəri ilə kəskin bahalaşıb. “Brent” markalı neftin bir bareli 59.50$-dan 65.60$-a qədər yüksəlib.
"Çinin qlobal bazarlara hörmətsizliyini nəzərə alaraq, mən ABŞ-ın Çinə qarşı tətbiq etdiyi tarifləri 125%-ə qədər artırıram və onlar dərhal qüvvəyə minəcək", - Tramp “Truth Social” sosial şəbəkədə yazıb. Daha əvvəl elan edilmiş tarif artımlarına cavab verməyən ölkələr üçün yeni rüsumlar 90 gün müddətinə dayandırılıb. ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Birləşmiş Ştatlar ikitərəfli ticarət sahəsində problemlərin həlli üçün Vaşinqtonla danışıqlara vaxt vermək məqsədi ilə bir sıra ölkələrdən gələn mallara tarif artımını 90 gün müddətinə təxirə salıb. "Bu məsələlər hər biri müzakirə olunacaq və müəyyən vaxt aparacaq. Prezident Tramp şəxsən bu işdə iştirak etmək istəyir. Bunun üçün bizə 90 günlük fasilə lazımdır", - nazir jurnalistlərə deyib.
Xatırlamaq lazımdır ki, aprelin 2-də Tramp ABŞ-ın xarici ticarət tərəfdaşlarından (siyahıya ümumilikdə 185 ölkə daxil edilib) mallara güzgü tariflərinin tətbiqi barədə məlumat verib. Minimum baza tarif dərəcəsi 10% təşkil edəcək, lakin, bir sıra ölkələr üçün tariflər ABŞ-ın bu ölkələrlə ticarət kəsirindən asılı olaraq fərdi hesablanır. Məsələn, Çin üçün ilkin olaraq rüsumlar 34% olmalı idi.
Buna cavab olaraq Pekin aprelin 10-dan ABŞ-dan gələn mallara 34% əlavə rüsum tətbiq etmək qərarına gəlib. Aprelin 9-da Tramp Çin mallarına tarif dərəcəsini bütün ticarət sənədlərində 34%-dən 84%-ə qədər dəyişdirilməsini əmr etdi. Bu, Trump-ın ilk səlahiyyət müddətində Çin mallarına tətbiq etdiyi 20% tarifləri nəzərə alınmaqla ümumi tarifləri 104%-ə çatdırıb.
“CNBC” qeyd edib ki, Çin Amerika mallarına cavab rüsumlarından imtina edərsə, ABŞ Çin mallarına rüsumların artırılması ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə hazırdır. Bununla belə, Pekin güzəştə getmək niyyətində olmadığını bəyan edib. Bunun ardınca Çin aprelin 10-da yerli vaxtla saat 12:01-dan ABŞ məhsullarına rüsumları 34%-dən 84%-ə qədər qaldırmaq qərarına gəlib.
Həmçinin, bugün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da açıqlanacaq İstehlak Qiymətləri İndeksi bazar iştirakçılarının diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Eləcə də, Amerikada işsizlik müavinəti üçün müraciətlərin sayı haqqında veriləcək məlumat investorların marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
3 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
4 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
4 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
4 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar










.jpg)






.jpg)

