Tovuzda Aqrar Biznes Festivalı keçiriləcək
Tovuzda “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” forumu keçiriləcəkKənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tovuz rayonunda növbəti Aqrar Biznes Festivalı keçiriləcək. Festival martın 14-ü saat 10:00-da Tovuz “ASAN xidmət” mərkəzinin qarşısında baş tutacaq.
Festivalda müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqların nümayişi, Kredit yarmarkası və fermerlər üçün aqrar sahənin priroritet sahələri üzrə təlimlər keçiriləcək.
Həmçinin festival çərçivəsində Tovuz Rayon Mədəniyyət Evində saat 14:00-da “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu baş tutacaq. Forumun əsas məqsədi kənd təsərrüfatı kooperativlərinin potensialının artırılması və dövlət dəstəyi mexanizmlərinin daha səmərəli tətbiqinə töhfə verməkdir.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, aqrar sahədə fəaliyyət göstərən mütəxəssislər, fermerlər və kooperativ rəhbərləri iştirak edəcək.
Forumda kooperativlərin fəaliyyətinin gücləndirilməsi, onların bazara çıxış imkanlarının genişləndirilməsi və istehsal proseslərinin daha effektiv idarə olunması ilə bağlı təqdimatlar və çıxışlar nəzərdə tutulur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 7 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq






















