Lizinq şirkətinin səhmlərinin 80 faizinə sifariş olmadı
15 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
Birjanın yaydığı məlumata görə, “Legion Financial” ASC-nin qiymətli kağızların abunə yazılışı 12.02.2025-ci ildə başlayıb, 10 gün davam edib və fevralın 22-i bitmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 26.02.2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.
Cəmi məbləği 605 min manat olan səhmlərə 2 investor 120 min manatlıq sifarişlər təqdim edib. Səhmlərin cəmi 120 min manatlıq hissəsi yerləşdirilib. Buraxılışın təxminən 80%-nə sifariş olmadığından yerləşdirilməsi baş tutmayıb.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə, Standart Bazar Listinq seqmentinə alınır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464
Səhmin növü və forması: Adi, adlı, sənədsiz səhm
Ticarət üsulu / forması: Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı: 6 050 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 605 000 manat
Hərrac qiyməti: 100 manat
Reallaşdırılmış həcm: 120 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 120 000 manat
İnvestor sayı: 2
Sifariş sayı: 2
Ticarətə buraxılma tarixi: 26.02.2025
Anderrayter: “Unicapital İ.Ş”ASC
Qeyd edək ki, “Legion Financial” ASC lizinq xidmətləri təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir





















.jpg)
