2025-ci ildə robotlar 85 milyondan çox iş yerini ələ keçirə bilər
2040-cı ilə qədər robotlar insanlardan daha çox olacaq.Dünya İqtisadi Forumunun məlumatına görə, 2025-ci ildə robotlar əvvəllər insanlar tərəfindən tutulmuş 85 milyondan çox işi ələ keçirə bilər.
Marja xəbər verir ki, 3 il əvvəl özünün insanabənzər (humanoid) robotları "Tesla Optimus"u elan edən İlon Maskın sözlərinə görə, 2040-cı ilə qədər robotlar insanlardan daha çox olacaq. Ər-Riyadda keçirilən illik Gələcək İnvestisiya Təşəbbüsü konfransı zamanı Mask 15 ildən sonra dünyada təxminən 10 milyard insanabənzər robotun istifadə olunacağını bildirib.
Eyni konfransda o, hər şeyi edə bilən robotun qiymətinin 20.000 ilə 25.000 dollar arasında olacağını söyləyib, bu da Tesla-nın robotunun qiyməti ilə təxminən eynidir ("Tesla Optimus"un 20.000-30.000 dollara başa gələcəyi gözlənilir).
Dünya əhalisi sürətlə qocalır. Bu baxımdan insanları maşınlar ilə əvəz etmək üçün bir yol tapmaq perspektivi o qədər də uzaq görünməyə bilər.
Humanoid robot bazarında liderlik uğrunda yarışda "Tesla"nın rəqibləri arasında "Figure AI", "Toyota Research Institute", "Boston Dynamics", "Mercedes-Benz" və "Apptronik" də var.
Robotların təqdim edilməsinə əmək bazarı böhranı da təkan verir: əhalinin qocalması əmək qabiliyyətli yaşda olan insanların azalmasına səbəb olur. Ümumi artıma baxmayaraq, Almaniyanın əmək qabiliyyətli əhalisinin 2045-ci ilə qədər 2% azalacağı proqnozlaşdırılır. Avropa və Asiyanın digər ölkələrində yaşlıların sayı artır, lakin doğum səviyyəsi azalır. Bu isə potensial olaraq əmək böhranı ilə nəticələnə bilər. "Financial Times" ekspertləri xəbərdarlıq edirlər ki, hətta immiqrant əmək və işləyən qadınların sayının artması belə bu defisiti tezliklə kompensasiya edə bilməyəcək. İqtisadiyyatın ehtiyac duyduğu sayda yeni gənc işçilər sadəcə olaraq doğulmayıb: 1960-cı illərdən bəri təhsil səviyyəsinin, xüsusən də qadınlar arasında sürətli artım, qidalanma və gigiyena şəraitinin yaxşılaşdırılması və doğuşa nəzarət üsullarının yayılması doğum nisbətinin kəskin azalmasına səbəb olub. Buna görə, texnologiya şirkətləri yaxınlaşan problemin həlli yolunu tapmaq ilə məşğuldurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
6 d. əvvəl
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
-
13 d. əvvəl
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiq olundu
-
-
20 d. əvvəl
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
-
1 saat əvvəl
Azərbaycanın tədiyyə blansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir
-
1 saat əvvəl
Daha 18 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRDƏN AZADDIRLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı - VİDEO
-
2 saat əvvəl
Yeni il ərəfəsində VTB Azərbaycan ilin sonuna qədər nağd kreditlər üzrə faiz dərəcələrini endirdi!
-
2 saat əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb
“ABB-Qarabağ” kobrend kartı buraxılır!
Ən çox oxunanlar
Yeni il ərəfəsində VTB Azərbaycan ilin sonuna qədər nağd kreditlər üzrə faiz dərəcələrini endirdi!












.jpg)















.jpg)

