"Bu il daha az yerkökü əkmişik. Gələn il də bu il əkdiyimizin yarısı qədər əkəcəyik"
Bərdədə yerkökü sahələrinin kəskin azalmasının səbəbi qiymətlərin aşağı düşməsidir.Kənd təsərrüfatı məhsulları içərisində öz faydası və məhsuldarlığı ilə seçilən bitkilərdən biri olan yerkökü ölkənin Qarabağ zonasında ən çox Bərdə rayonunda yetişdirilir.
Bu məhsul qış mövsümündə ikinci əkin kimi becərilir. Bərdə rayonunun Kətəlparaq, Soğanverdilər, Piyadalar və İmirli kəndləri bölgədə bu məhsulun ən çox əkildiyi kəndlər hesab olunur. Fermerlərin bildirdiyinə görə artıq bir neçə ildir ki, bu sahəyə maraq tədricən azalır. Bunun əsas səbəblərindən biri isə yerkökünün yetişdirilməsinə çəkilən xərclərin ilbəil artması və əldə olunan gəlirin maya dəyərini ödəməməsidir.
Uzun illərdir, yerkökü əkini ilə məşğul olan Bərdə rayonu Soğanverdilər kənd sakini, fermer Əlif İbrahimov Qarabağ bürosunun əməkdaşına açıqlamasında ötən il yerkökü üçün nəzərdə tutulan əkin sahələrinin bu il də azaldıldığını deyib:
“Keçən illə müqayisədə bu il daha az yerkökü əkmişik. Çox güman ki, gələn il də bu il əkdiyimizin yarısı qədər əkəcəyik. Ancaq vəziyyətin necə dəyişəcəyini bilmirik. Əgər belə davam edərsə, o zaman yerkökü becərilməsini dayandırmaqdan başqa yol qalmayacaq”.
Ə.İbrahimov yerkökünün builki qiymətlərinin xeyli aşağı düşdüyünü bildirib:
“Bu məhsuldan götürülən qazanc çəkilən əziyyətə dəymir, gəlir ildən-ilə azalır. Məsələn, keçən il məhsulun tam paketlənmiş halda bir kiloqramı təqribən 80 qəpik-1 manata idisə, bu il qiymət 55-60 qəpik aralığında dəyişir. Əlbəttə, bu qiymət fermerlərə sərf eləmir. Yaranmış bu vəziyyət nəticədə yerkökü sahələrinin sürətlə azalmasına səbəb olur. Əkin sahələri azaldıqca, istehsal da aşağı düşür. Müqayisə etsək, keçən il hər gün bazarlara 10-15 ton məhsul göndərirdik. Bu il isə o rəqəm 2-3 tondur”.
Fermer yerkökü becərilməsinin rentabelli olmamasının digər səbəbi kimi xarici bazarlara çıxışın məhdudluğunu göstərib:
“Əvvəllər becərilən məhsul yerli bazarlara çıxarılmaqla yanaşı, Rusiya və Gürcüstana da ixrac edilirdi. Bir neçə ildir ki, bu proses nəinki ləngiyib, əksinə, hətta xaricdən idxal olunan yerkökünün həcmi artıb. Bu isə daxili bazarda yerli məhsulun qiymətinə təsirsiz ötüşmür. Məhsuldarlıq kifayət qədər yüksəkdir, ancaq hazır məhsulu xarici ölkələr bir yana, heç ətraf rayonlara da çıxara bilmirik.
İdxal genişləndikcə, ölkə bazarlarına çıxarılan məhsul tələbatdan artıq olur. Ona görə də yerli fermerlər zərərə düşürlər. Nəticədə əkin sahələri və yerkökü istehsalı azalır”.
Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzində Qarabağ bürosuna yerli fermerlərin rayonda yerkökü sahələrinin azalmasına dair iddialarını təsdiqləyiblər. Mərkəzdən bildirilib ki, Bərdə rayonunda ötən il 275, bu il isə 132 hektar yerkökü əkilib. Hazırda bir kisəsi 10, 15 və 20 kiloqram çəki ilə qablaşdırılan məhsullar yalnız Bərdə rayonundakı bazarlara, həmçinin “Meyvəli” topdan və pərakəndə satış bazar-bazasına göndərilir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























