Fed/Lacker: Faizlər gözləniləndən daha tez artırıla bilər
ABŞ Mərkəz Bankının (Fed) Richmond şöbəsinin sədri Cefri Laker ( Jeffrey Lacker), bankın bu il faiz nisbətini bazarların gözlədiyindən daha sürətlə artırmaq məcburiyyətində qalacağını bildirib. Bu da Dolların daha sürətlə bahalaşacağı anlamına gəlir.
"Marja" xəbər verir ki, Fed-in faizi artırmaqda davam edəcəyini bildirən Lacker, "Daha çox maliyyə xərcləri, daha yüksək faiz nisbətləri mənasına gəlir"- ifadəsini istifadə edib. Xəbər verdiyimiz kimi, ABŞ-ın yeni prezidenti Donald Trump-ın maliyyə siyasətinə investisiyaları artırmaq və vergi təşviqləri daxildir.
Bazarların faiz artırımı gözləntilərinin aşağı olduğunu bildirən Lacker, bunları qeyd edib:
Mənim fikrimcə, Fed faizləri bazarların gözlədiyindən daha tez-tez artırmaq məcburiyyətində qalacaq. Çünki əks halda inflyasiya çox yüksələ bilər".
Lacker bundan başqa, ABŞ iqtisadiyyatının 2017-ci ildə 2 faiz ətrafında böyüyəcəyini və inflyasiyanın 2%-ə çatacağı proqnozunu verib.
Richmond Fed sədri Cefri Laker, Fedin "şahin" üzvləri arasında yer alır. Lackerın bu il Federal Açıq Bazar Komitəsində səsvermə hüququ yoxdur.
QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN! – ƏTRAFLI >
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























