"Lay's" çipslərində "ölüm riski" məlumatına AQTA-dan reaksiya - "TƏHLİL OLUNUR, TƏDBİRLƏR GÖRÜLÜR "
AQTA: Risk aşkar edilən məhsul partiyaları ölkəmizə idxal edilməyib. Həmçinin, bu cür məlumatlar Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Lay's" kartof çipslərinin sağlamlığa yaratdığı risk iddialarına görə ABŞ-də bəzi məhsul partiyalarının geri çağrılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.
AQTA-dan Marja.az-a verilən məlumata görə, açıqlamada bildirilir ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib.
"Həmçinin qeyd edirik ki, xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılan bu cür məlumatlar Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür", - məlumatda deyilir.
XXX
Xəbər verdiyimiz kimi, qida dünyasının ən məşhur məhsullarından biri olan "Lay's" kartof çipsləri ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən ciddi geri çağırma prosesinə daxil edilib. Buna səbəb çipslərin tərkibində etiketdə qeyd olunmayan süd komponentinin olmasıdır. FDA bu vəziyyəti ən yüksək risk səviyyəsi olan I dərəcə kateqoriyasına qaldırıb. Bu o deməkdir ki, bu məhsullar həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.
"Lay's" markasının şirkəti "Frito-Lay", Oreqon və Vaşinqton ştatlarında satışa təqdim edilmiş 6 mindən çox paketdə süd komponentlərinin aşkar edildiyini açıqlayıb. Bu səhv süd allergiyası olan insanlar üçün ciddi sağlamlıq riskləri yaradır.
FDA 27 yanvar 2025-ci il tarixində geri çağırmanı 1-ci dərəcəyə qaldırıb. Bu qərar təkcə xəbərdarlıq deyil, həm də qida təhlükəsizliyinin nə qədər vacib olduğuna dair xatırlatmadır.
Bu səhv - məhsulların yanlış etiketlənməsi və ya nəzərdə tutulmayan maddələr ilə çirklənməsi nəticəsində baş verə bilər.
Riskli məhsullar haqqında məlumat paylaşılıb
Rəsmilər istehlakçıları son istifadə tarixi 11 fevral 2025-ci il, istehsal kodu “6462307xx” və ya “6463307xx” olan məhsulları istehlak etməməyə və ən yaxın satış nöqtəsinə qaytarmağa çağırıb.
Qida təhlükəsizliyi mövzusunda həssas olan rəsmilər, riskli məhsulların bazardan tamamilə çıxarılması üçün prosesin sürətlə davam etdiyini bildirib.
"Frito-Lay"dən açıqlama
Lays-in ana şirkəti "Frito-Lay", geri çağırılan məhsulla bağlı indiyədək heç bir allergik reaksiya şikayəti almadıqlarını açıqlayıb. Bununla belə, mümkün sağlamlıq risklərinə qarşı ehtiyat tədbiri olaraq məhsulların geri çağırıldığı bildirilib.
FDA- ya görə, "Sinif 1" təsnifatı uyğunsuzluq aşkar edilən məhsuldan istifadənin ciddi sağlamlıq nəticələri və ya hətta ölümlə nəticələnəcəyi ehtimalının əhəmiyyətli olduğu bir ssenaridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 d. əvvəl
-
9 d. əvvəl
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
-
-
16 d. əvvəl
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiq olundu
-
23 d. əvvəl
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
-
1 saat əvvəl
Azərbaycanın tədiyyə blansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir
-
1 saat əvvəl
Daha 18 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRDƏN AZADDIRLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı - VİDEO
-
2 saat əvvəl
Yeni il ərəfəsində VTB Azərbaycan ilin sonuna qədər nağd kreditlər üzrə faiz dərəcələrini endirdi!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sahil Babayev İclas keçirdi
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Qızılın qiyməti tarixi maksimum səviyyəyə yaxınlaşıb
Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb
Ən çox oxunanlar
“ABB-Qarabağ” kobrend kartı buraxılır!
Yeni il ərəfəsində VTB Azərbaycan ilin sonuna qədər nağd kreditlər üzrə faiz dərəcələrini endirdi!











.jpg)












.jpg)



