“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
(®) İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
Tədbir çərçivəsində "Bakcell”in baş icraçı direktoru Klaus Müller, Korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova, “Birgə və Sağlam” İB-nin sədri Aytən Eynalova, İB-in Valideyn Məşvərət Şurasının sədri Natəvan Məmmədova və millət vəkili Nigar Arpadarai çıxış ediblər. Tədbirə diplomatik nümayəndəliklərdən, qeyri-hökumət təşkilatlarından (QHT) və media sektorundan olan nümayəndələr də qatılıb və ümumilikdə 40-a yaxın qonaq iştirak edib.
“Bakcell”in baş icraçı direktoru Klaus Müller çıxışında bu təşəbbüsün innovasiya və inklüzivlik baxımından şirkət üçün əhəmiyyətli olduğunu vurğulayıb: "İnnovasiya yalnız texnologiyalarla deyil, həm də cəmiyyətimizin hər bir üzvünə yeni fürsətlər yaratmaqla bağlıdır. "Kaşalata" kimi layihələr neyro-müxtəlifliyi olan gənclərin potensialını ortaya çıxararaq onların cəmiyyətə bərabərhüquqlu inteqrasiyasına və parlaq gələcəyinə zəmin yaradır. "Bakcell" olaraq innovativ həllərlə dayanıqlı və inklüziv cəmiyyətin qurulmasında töhvə verməkdən qürur duyuruq və gələcəkdə də bu kimi təşəbbüsləri dəstəkləməyə davam edəcəyik”.
“Birgə və Sağlam” İctimai Birliyinin məqsədi neyro-müxtəlifliyi olan şəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləməkdir. Bu məqsədlə autizmli şəxslərin cəmiyyətə inteqrasiyasını, inklüziv təhsili və məşğulluq imkanlarının artırılmasını hədəfləyən tədbirlər həyata keçirilir. Hazırda Birliyin nəzdində 2 Autizm Mərkəzi fəaliyyət göstərir. “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə təsis edilmiş “Kaşalata” kafe xüsusi qayğıya ehtiyacı olan gənclərin məşğulluğunu dəstəkləyən mühüm bir sosial layihədir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
20 d. əvvəl
Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
-
22 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
- 33 d. əvvəl
- 40 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək





















