“Biznes akademiyası” layihəsinə start verilir
“Bakı KOB evi” və “Miniboss” biznes məktəbi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Marja-ya verilən məlumata görə, sənəddə “Bakı KOB evi”nin nəzdində fəaliyyət göstərən Startap İnkişaf Mərkəzinin imkanlarından istifadə, “Biznes akademiyası” layihəsi çərçivəsində uşaqların biznes sahəsində biliklərinin artırılması və maliyyə savadlığına dair təlimlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Biznes akademiyası” layihəsi 10 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulur. Layihə çərçivəsində onlar üçün hər şənbə günü Startap İnkişaf Mərkəzində peşəkar mütəxəssislər tərəfindən biznes təlimlər keçiriləcək.
İki ay davam edəcək akademiyada uşaqlar biznesə dair əsas anlayışlar barədə məlumatlandırılacaq, onların liderlik və sahibkarlıq, komandada işləmək və qərar qəbul etmə, tərəfdaşlarla danışıqlar aparmaq, ictimaiyyət qarşısında çıxış etmək bacarıqları inkişaf etdiriləcək, komanda şəklində startap layihələri üzərində işləyəcəklər. Proqramı başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























