Umico.az Qarabağda: E-ticarət nəhəngi Şuşada ilk məntəqəsini açdı - FOTO
(®) Azərbaycanın aparıcı marketpleysi olan Umico.az Qarabağda genişlənmə strategiyası çərçivəsində Şuşa şəhərində ilk təhvil məntəqəsini istifadəyə verib.
Bu addımla şirkət ölkə hüdudları çərçivəsində böyümək hədəfinə daha da yaxınlaşıb. Yeni məntəqə ilə birlikdə Umico.az ölkə üzrə çatdırılma şəbəkəsini daha da genişləndirmiş və onlayn alış-verişin rahatlığını daha çox insana əlçatan etmiş oldu.
Umico.az hal-hazırda 500 000-dən çox məhsul çeşidi ilə Azərbaycanın böyük onlayn ticarət platformasıdır. Gözəllik və baxım məhsullarından tutmuş, böyük və kiçik məişət texnikası, oyuncaqlar, usta alətləri, avtomobil ehtiyat hissələri və geymer aksessuarlarına qədər geniş çeşiddə məhsullar təklif edən platforma, müştərilərinə 7/24 sifariş imkanı və evə çatdırılma xidməti təqdim edir. Üstəlik Birbank taksit kartı sahibləri 24 aya qədər sərfəli taksit imkanından yararlana bilərlər. Platformanın təqdim etdiyi kredit şərtləri isə müştərilər üçün əlçatan və asandır.
Şuşadakı məntəqənin rəsmi açılışında çıxış edən Umico.az-ın Baş İcraçı Direktoru Rauf Qulaməliyev bildirib: "Umico.az olaraq əsas hədəfimiz Azərbaycanın hər bir nöqtəsində müştərilərimizə rahat və sürətli xidmət göstərməkdir. Şuşada açdığımız yeni məntəqə ilə Qarabağ bölgəsindəki müştərilərimizə daha yaxın olmağı hədəfləyirik. Ölkənin böyük onlayn ticarət platforması olaraq texnologiya və rahatlığı birləşdirir, beləliklə müştərilərimizə ən yaxşı onlayn alış-veriş təcrübəsini yaşatmağa çalışırıq."
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
2 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 8 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq






















