Qeyri-rezidentə köçürülən məbləğdən tutulan verginin dərəcəsi 2 dəfə azaldılıb
Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsi azaldılıbVergi Məcəlləsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi, eləcə də sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması məqsədilə dəyişiklik edilib, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsi azaldılıb.
Məlum olduğu kimi, ötən il dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsi 10 faizdən 5 faizə endirilib, dövlət və yerli özünüidarəetmə orqanlarının, büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görə vergi azadolması 5 faizlik dərəcə ilə əvəz olunub. Bu qərar ölkəmizin regionda əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsi prosesinin sürətləndirilməsi, kapital bazarlarında səhmlərə investisiya cəlbinin təşviqi, kapital bazarı iştirakçısı olmayan investorlar üçün sabit və aşağı dərəcəli vergi mühitinin formalaşdırılması məqsədi daşıyıb.
Bu ildən qüvvəyə minən dəyişikliklərə görə isə, rezident vergi ödəyiciləri ilə bərabər iqtisadi şəraitin yaradılması məqsədilə, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 10 faizdən 5 faizə endirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















