ABB istiqrazları tam həcmdə yerləşdirildi!
24 dekabr 2024-cü ildə Bakı Fond Birjasında "ABB” ASC-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Daha öncə Bakı Fond Birjasının “Premium” bazar seqmentində listinqə daxil edilmiş bu qiymətli kağızların ümumi həcmi 100 milyon manat təşkil edir.
ABB-nin yaydığı məlumatda bildirilir ki, istiqrazların emissiyası rəqabətli hərrac üsulu ilə həyata keçirilib. Təklif olunan istiqrazların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 2 il təşkil edir. İstiqrazlar investorlara illik 11% gəlirlilik təmin edəcək. Bu istiqrazlar üzrə faiz ödənişləri hər 3 (üç) təqvim ayından bir həyata keçiriləcək. Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti ilk iş günü tamamlanacaq.
Bu istiqrazların buraxılışı mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, ortamüddətli maliyyələşmənin təmin olunması, eləcə də ölkəmizin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədilə həyata keçirilib.
Emissiyadan əldə olunan vəsait ABB-nin kredit portfelinin artırılmasına, kredit bazarında mövqeyinin gücləndirilməsinə, eləcə də ABB-nin strateji layihələrinin icrasının maliyyələşməsinə yönəldiləcək. Əlavə olaraq, istiqraz buraxılışından cəlb olunmuş vəsaitlər ölkə daxilində sərfəli və keyfiyyətli bankçılıq xidmətləri təklif etməklə regionlarda real iqtisadiyyatın maliyyələşdirilməsinə, bölgələrdə iqtisadi rifahın və məşğulluğun artırılmasına müsbət təsir göstərəcək.
Buraxılışın anderrayteri qismində “ABB-İnvest İnvestisiya Şirkəti” QSC çıxış edib. İstiqrazlar artıq sabahdan etibarən Bakı Fond Birjasında təkrar bazarda tədavülə buraxılacaq. Təkrar bazardan bu istiqrazları əldə etmək niyyətində olan investorlar “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-ə müraciət edə bilər.
XXX
Bakı Fond Birjasının yaydığı məlumatda da bildirilir ki, 24 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 100 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
İstirazlara 9 investor tərəfindən 9 sifariş təqdim olunub. İstiqrazlar tam həcmdə yerləşdirilib.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002004581
İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli
İstiqrazların sayı: 1 000 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 100 000000 manat
İllik gəlirlilik faizi: 11%
Minimal qiymət: 100 (11.00%) manat
Maksimal qiymət: 100 (11.00%) manat
Kəsmə qiyməti: 100 (11.00%) manat
Ortaçəkili qiyməti: 100 (11.00%) manat
İstiqrazların reallaşdırılmış həcmi: 100 000 000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 100 000 000 manat
İnvestor sayı: 9
Sifariş sayı: 9
Ödəmə Periodu: ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə) hər 3 (üç) təqvim ayından bir
Tədavül müddəti: 24 ay
Anderrayter: “ABB-İnvest İ.Ş” QSC
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
55 d. əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
1 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 1 saat əvvəl
-
2 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
İyunun 17-də gözlənilən hava şəraiti
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
Ən çox oxunanlar
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb






















