“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən həftə ABŞ Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin bu ilin son toplantısında uçot dərəcələrini növbəti dəfə 0.25% endirdi. Lakin toplantı sonra FED sədri Cerom Pavelin şahin tonlu çıxışı fonunda dollar major valyutalar qarşısında kəskin bahalaşdı. EUR/USD, GBP/USD valyuta cütlükləri 1.0340 və 1.2470 səviyyələrinə qədər ucuzlaşmış, USD/JPY, USD/CHF məznnələri isə 157.920 və 0.90200 hədlərinə kimi bahalaşmışdır. Qızılın qiyməti isə 2726$ həddini test etdikdən sonra 2583$ həddinə qədər kəskin geriləyib.
Bundan başqa Amerikada açıqlanan ÜDM hesabatı və şəxsi xərclərə dair statistik inflyasiya rəqəmləri də dolların birjalardakı qiymətlərinə dəstək oldu.
Ötən həftə, həmçinin, İngiltərə Bankı (BoC) və Yaponiya Bankı da faiz dərəcəsi ilə bağlı qərarlarını açıqladılar. Hər iki tənzimləyici qurum uçot dərəcəsini sabit saxladı.
Miladla əlaqədar qısa olacaq cari ticarət həftəsində isə Amerikada açıqlanacaq “Conference Board” İstehlakçıların İnam İndeksi, İngiltərə və Kanadada dərc olunacaq ÜDM hesabatları, Yaponiya Mərkəzi Bankı (BoJ) tərəfindən yayımlanacaq İstehlak Qiymətlərinin Baza İndeksi və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı birjaların diqqət mərkəzində olacaq.
EUR
Ötən həftə FED-in faiz qərarı sonrası 1.0340 səviyyəsinə qədər kəskin ucuzlaşan EUR/USD məzənnəsi hazırda 1.0440 səviyyəsində ticarət olunur. “Ayılar” qiyməti 1.06$ həddinin altında qoruyub saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
GBP
Keçən həftəyə 1.2610 səviyyəsində başlayan GBP/USD məzənnəsi 1.2470 həddini test etdikdən sonra, buradan dəstək taparaq bir qədər bahalaşdı və həftəni 1.2570 səviyyəsində tamamladı.
Bu həftə isə İngiltərədə dərc olunacaq ÜDM hesabatı birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.
GBP/USD məzənnəsində “ayılar” qiyməti 1.27$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
XAU/USD
Son həftələrdə üfüqi dalğalanma sərgiləyən qızıl ötən həftə 2583$-a kimi ucuzlaşdı. Daha sonra bu səviyyədən dəstək tapan “sarı metal” 2631$-a kimi bahalaşdı. Hazırda 2627$-dan ticarət olunan qızılda mümkün eniş ssenarisində qarşıda duran əsas dəstək həddləri kimi, 2600$ və 2536$ hədləri çıxış edir.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 9 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq






















