"2025-dən "Kapital Bank" "Birbank" brendi altında fəaliyyətini davam etdirəcəkdir"
"Biz 2-3 il ərzində filiallarımızı da "Birbank" adına keçirəcəyik""2025-ci ildən "Kapital Bank" daha çox "Birbank" brendi altında fəaliyyətini davam etdirəcəkdir".
Marja xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
Sədr qeyd edib ki, "Kapital Bank" brendi yox olmayacaq, maliyyə institutu və korporativ brend kimi qalacaqdır:
"Bizi gələn ildən "Birbank" brendi altında izləyəcəksiniz. Müştərilərimiz daha çox "Birbank"lı olacaq. Biz daha rəqəmsal və müştəri yönümlü olmaq istəyirik. Bütün kommunikasiyamız, məhsullarımız daha çox "Birbank" brendi altında olacaqdır. Eyni zamanda, bu o demək deyil ki, "Kapital Bank" brendi yox olacaq, o qalacaq, bir maliyyə institutu olaraq rəsmi sənədlərdə "Kapital Bank" adından istifadə olunacaq. Lakin müştəri yönümlü strategiyamız "Birbank" brendi altında olacaqdır".
Fərid Hüseynov əlavə edib ki, artıq "Birbank" tətbiqini 3 milyondan çox müştəri istifadə edir.
Bankın sədri, "müşahidə edirik ki, bizi daha çox "Birbank" brendi ilə tanıyırlar. Biz 2-3 il ərzində filiallarımızı da "Birbank" adına keçirəcəyik", deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)


