Harvard Universitetinin Mərkəzi Azərbaycanın əməkhaqqı islahatlarını yüksək qiymətləndirib - VİDEO
Azərbaycanın əmək bazarında apardığı islahatlar dünya miqyasında mütəxəssislərin diqqətini cəlb edir. Vergi sistemində 2019-cu ildə başlanmış və əmək bazarında təşviq mexanizminə əsaslanan islahatların nəticələri Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilri ki, Universitetin "Growth Lab" Mərkəzi ölkəmizin iqtisadiyyatı üzrə aparılan diaqnostik qiymətləndirmə layihəsi çərçivəsində əmək bazarında həyata keçirilən islahatların nəticələrini təhlil edib və bu məsələdə Azərbaycanın uğur hekayəsini müsbət nümunə kimi göstərib.
Ekspertlərin fikrincə, əmək bazarında təşviq siyasətinə əsaslanan və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Hökumət prosedurları asanlaşdırıb, bizneslərin daha rahat şəkildə qanuniləşməsini həyata keçirməsinə və xərcləri azaltmasına imkan yaradıb ( https://www.taxes.gov.az/az/page/salary).
Qeyd edək ki, islahatın nəticələri üzrə bütün əsas indikatorlarda müsbət dəyişikliklər müşahidə olunur. Vergi qanunvericiliyində tətbiq edilən təşviqlər sayəsində rəsmi əmək müqavilələrinin sayında əhəmiyyətli – 32,1 faiz artıma nail olunub, əməkhaqlarının “ağarması”na şərait yaranıb, məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər 5 il ərzində 2,2 dəfə artmaqla sosial fondların gəlirləri çoxalıb, büdcədən sosial fondların maliyyələşdirilməsinə ayrılan maliyyə yükü azalıb, həmçinin islahatlar bütövlükdə iqtisadi dövriyyədə canlanmaya müsbət təsir göstərərək qeyri-neft sektorunda ”sahibkar - sahibkar” və “sahibkar - istehlakçı” əməliyyatlarının artımına gətirib.
Harvard mütəxəssisləri hesab edir ki, bu, təşviqlərin bizneslərin leqallaşması üçün səmərəli ola biləcəyinə yaxşı nümunədir. Düzgün siyasət həyata keçirməklə leqallaşma sahəsində nəzərəçarpan tərəqqiyə nail olmaq mümkündür və eyni problemlərlə qarşılaşan digər ölkələr Azərbaycanın yanaşmasını potensial model olaraq araşdırmalıdırlar.
Bununla bağlı aparılmış təhlillər barədə məlumatlar "Growth Lab" Mərkəzinin sosial şəbəkə hesablarında yerləşdirilib.
https://www.facebook.com/100094629804741/posts/426776873819969
https://x.com/HarvardGrwthLab/status/1864804904923234548
Azərbaycanın əmək bazarında həyata keçirilən islahatların təhlili barədə Harvard Universitetinin "Growth Lab" Mərkəzi tərəfindən hazırlanan çarx:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)







.jpg)
