Bu tarixədək əkin və torpaq məlumatlarını sistemə daxil etməyən şəxslərə subsidiya ödənilməyəcək
Payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatırPayızlıq əkinlərin bəyanı davam edir. Fermerlər əkinləri bəyan etmək üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yaratdıqları şəxsi kabineti aktivləşdirməli, öz torpaq və əkin məlumatlarını müvafiq bölmələrə daxil etməlidir.
Payızlıq əkinlərin bəyan müddəti 2024-cü il, dekabrın 30-da başa çatır.
Bu tarixədək əkin və torpaq məlumatlarını, digər tamamlayıcı sənədləri (torpaq analizinin nəticələri, aqrar sığorta müqaviləsi və s.) sistemə daxil etməyən şəxslərin subsidiya ilə bağlı elektron ərizəsi formalaşmayacaq və onlara subsidiya ödənişi həyata keçirilməyəcək.
Əkinləri bəyan edərkən hər hansı çətinliklə üzləşə biləcək fermerlər texniki dəstək üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), Xaçmaz və Yevlax KOB evlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə müraciət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.Bəyan dövründə əkinin dəyişdirilməsi ehtimalı varsa, fermerlər bəyanı daxil etdikdən sonra “Müraciət et” düyməsinə sıxmadan 30 dekabr tarixinə kimi bəyanı dəyişdirə bilərlər. Bəyan edilən bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, fermerlər bəyanla eyni gündə “Müraciət et” düyməsinə sıxmaqla müraciətini yekunlaşdıra bilər. Əkin subsidiyasına müraciət bitkinin bəyan edilməsi, torpaqdan istifadə hüququnun təsdiqlənməsi, müraciətin edilməsi ardıcıllığına uyğun aparılır. Fermerlər öz elektron kabinetləri vasitəsilə müraciətləri ilə bağlı proseslərin qeyd edilən ardıcıllığa uyğun aparılıb-aparılmadığını izləyə, problem müəyyən etdikdə DAİM-ə müraciət edə bilərlər.
Qeyd edək ki, bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradır. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra bilərəkdən yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər.
Qeyd edək ki, respublika üzrə payızlıq əkinlərin bəyanına 2024-cü il sentyabrın 1-dən start verilib. Fermerlərə əkinlərini bəyan etməsi üçün 4 ay vaxt verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























