Transmilli şirkətlər qrupuna daxil olan müəssisələr üçün yeni tələb qoyulur
Transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş müddətdə, formada və qaydada hesabatla bərabər bildirişi də vergi orqanına təqdim etməli olacaq.
Bu Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Bildirişin müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergi ödəyicisinə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Qeyd edilib ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və Qaydası"nın 4.0-cı bəndinə əsasən Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan Əsas müəssisə, Müvəkkil müəssisə və ya Qrupdaxili müəssisə hesabat verilən ilin 30 iyun tarixinədək müvafiq Qaydaya əlavə edilən bildirişi (2 nömrəli əlavə) elektron ərizə vasitəsi ilə Azərbaycan Respublikasının vergi orqanlarına təqdim edir. Sözügedən bildirişin təqdim edilməsi üçün qanunda hüquqi əsasın yaradılması məqsədilə bildirişin təqdim olunmasının vergi ödəyicilərinin vəzifələrinə əlavə edilməsinə zərurət yaranıb.
Müvafiq bildirişin təqdim edilməsi eyni zamanda transmilli şirkətlər qrupu üzrə aparılan araşdırmalar üzrə vergi müəyyənliyi prinsipinin tələblərinə xidmət edir.
Müvafiq maddəyə edilən digər dəyişiklik transmilli şirkətlər qrupu üzrə xarici ölkələrin rezidentlərinin Azərbaycan Respublikasındakı nümayəndəliklərinin müvafiq maddənin tələblərindən kənarda qalmasının aradan qaldırılmasına xidmət edir. Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinin tələblərinə əsasən xarici ölkənin rezidentlərinin Azərbaycan Respublikasındakı filial və daimi nümayəndəlikləri Azərbaycan Respublikasının rezidenti anlayış ilə əhatə olunmur. Onlar tərəfindən müvafiq hesabatın və bildirişin təqdim edilməsi öhdəliyinin yaradılması məqsədilə Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilib.
Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
9 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
13 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 19 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb






















