Dövlət Xidməti 3 əməkdaşı barələrində toplanmış materialı Baş Prokurorluğa göndərib
Onlar xidməti fəaliyyətlərini şəxsi maraqları üzərində qurub vətəndaşlara qarşı qanunsuz tələblər irəli sürüblər.“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqların icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Marja.az xəbər verir ki, bu, Xidmətin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki. cari ilin noyabr ayında Xidmətin Nəsimi rayon idarəsində və Goranboy rayon şöbəsində aparılmış xidməti yoxlamalar nəticəsində fəaliyyətlərində nöqsan və çatışmazlıqlar aşkar olunan 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən xidməti fəaliyyətlərini şəxsi maraqları üzərində qurub vətəndaşlara qarşı qanunsuz tələblər irəli sürməklə qanunla qorunan hüquqlarını pozan 3 əməkdaş xidmətdən xaric olunaraq əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış material Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı










.png)













