Ələtdə yeni yük hava limanı tikiləcək - 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı
Yük hava limanının tikintisi 2026-cı ildə başa çatdıqdan sonra Ələt Azad İqtisadi Zonası inteqrasiya olunmuş logistika infrastrukturu ilə mühüm tranzit mərkəzinə çevriləcək“Silk Way Group” şirkətlər qrupu COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının tikintisi ilə bağlı mühüm infrastruktur layihəsini elan edib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, bu iddialı təşəbbüs qrupun əməliyyat imkanlarının genişləndirilməsi, inkişafın sürətləndirilməsi və zonanın strateji potensialından istifadə edərək biznes perspektivlərinin, habelə səmərəliliyin artırılması məqsədini daşıyır.
Yeni yük hava limanı “Silk Way Group”un regiondakı logistika və infrastruktur təşəbbüslərinə dəstək üçün yaradılmış qurum olan “Silk Way Alat Free Economic Zone” şirkəti vasitəsilə fəaliyyət göstərəcək. Bu korporativ yanaşma “Silk Way Group”-un Ələt Azad İqtisadi Zonasının hədəflərinə uyğun mərhələli inkişafa olan sadiqliyini vurğulayır və layihənin Azərbaycanın milli iqtisadi inkişaf strategiyasına inteqrasiyasını təmin edir.
Layihə fərdi ekspeditor anbarlarının, tez xarab olan yüklər üçün terminalların və müasir ofis binalarının inşasını nəzərdə tutur. Bu hərtərəfli plan logistika sektorunun dinamik tələblərinə uyğun olaraq əməliyyatlarda uyğunluq və innovasiyanı əldə rəhbər tutur.
Layihənin əsas texnologiya tərəfdaşı olan “TKH Airport Solutions” şirkətinin çıxışı mərasim iştirakçıları tərəfindən böyük diqqətlə qarşılanıb. Şirkətin rəhbəri uçuş-enmə zolağının tikintisində istifadə olunacaq qabaqcıl aerodrom işıqlandırma texnologiyası olan CEDD AGL-ə xüsusi diqqət yetirərək, davamlı texnologiyaların və enerjiyə qənaət həllərinin tətbiqinin əhəmiyyətini vurğuladı. Bununla şirkət COP29-un hədəfləri və dayanıqlı inkişaf məqsədlərinə uyğun ekoloji cəhətdən təmiz və səmərəli təcrübələrə sadiqliyini nümayiş etdirir.
Qeyd edilbi ki, bu tərəfdaşlıq və layihənin iddialı miqyası “Silk Way Group” üçün yeni imkanlar yaradacaq və həm regionun, həm də bütövlükdə Azərbaycanın iqtisadi inkişafına əhəmiyyətli töhfə verəcək.
Müasir logistika mərkəzi kimi nəzərdə tutulan hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək. Layihə yalnız ölkənin nəqliyyat imkanlarını genişləndirməklə kifayətlənməyəcək, eyni zamanda, ətraf bölgənin hərtərəfli iqtisadi inkişafına təkan verəcək. Bununla layihə yerli əhalinin yaşayış səviyyəsi və rifah halını yaxşılaşdıraraq ümumi sosial-iqtisadi inkişafa töhfə verməyi hədəfləyir.
Ekoloji məsuliyyətə sadiq qalmaqla yeni obyektin tikintisində qabaqcıl dayanıqlı texnologiyalardan, o cümlədən alternativ enerji mənbələrindən istifadə olunacaq və yük hava limanı ekoloji cəhətdən təmiz infrastruktur nümunəsi kimi tanınacaq.
Yük hava limanının tikintisi 2026-cı ildə başa çatdıqdan sonra Ələt Azad İqtisadi Zonası inteqrasiya olunmuş logistika infrastrukturu ilə mühüm tranzit mərkəzinə çevriləcək. Yeni obyektlər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, geniş dəmir yolu və avtomobil qovşaqlarına, eləcə də yeni hava limanına çıxış əldə edəcək və bu ümumilikdə Azərbaycanın nəqliyyat və təchizat imkanlarını artıracaq.
“Silk Way Group”-un prezidenti Zaur Axundov Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının yaradılmasını ölkə tarixində mühüm bir mərhələ adlandıraraq bunun artan yerli və qlobal yükdaşıma tələbatının effektiv şəkildə qarşılayacaq yeni imkanlara keçid olduğunu qeyd edib: “Bu təşəbbüs Orta Dəhlizdəki mövqeyimizi gücləndirməklə yanaşı, inkişaf üçün yeni yollar açır və həm bizim biznesimiz, həm də dəyərli tərəfdaşlarımız və investorlarımız üçün ümidverici perspektivlər vəd edir".
Öz növbəsində, “Silk Way Alat Free Economic Zone” şirkətinin baş direktoru Cavad Dbila da layihənin əhəmiyyətindən bəhs edərək yeni yük hava limanının Ələt Azad İqtisadi Zonasının əsas dayağı olacağını və Azərbaycanın logistika və nəqliyyat infrastrukturunun imkanları ilə bağlı hədəfləri reallaşdıracağını qeyd edib: “Rəsmi “Silk Way” qurumu olaraq dayanıqlı təcrübələrin və müasir infrastrukturun inteqrasiyasına, nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşların cəlb edilməsinə və Azərbaycanın tranzit logistika mərkəzi kimi rolunun gücləndirilməsinə diqqət yetiririk. Bu layihənin regionumuzun iqtisadi mənzərəsinə təsirini və yaradacağı imkanları görməyi səbirsizliklə gözləyirik".
“TKH Airport Solutions” şirkətinin baş direktoru Erik Velderman isə “Silk Way” tərəfindən yeni CAT III kateqoriyalı yük hava limanı üçün “TKH Airport Solutions” və CEDD Aerodrom İşıqlandırma texnologiyasına üstünlük verilməsindən məmnunluğunu ifadə edib: “Qabaqcıl aşağı voltajlı CEDD texnologiyamız hava limanı üçün mühüm enerji qənaətini təmin edir və hava limanı əməliyyatlarının davamlı transformasiyasını dəstəkləyir. Hava yükdaşımalarının ətraf mühitə təsirinin azaldılmasına töhfə verməyi səbirsizliklə gözləyirik”.
“Silk Way Group”
2006-cı ildə yaradılmış Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanı mərkəzli “Silk Way Group” aviasiya yükdaşımaları üzrə aparıcı Azərbaycan konqlomeratıdır. 2019-cu ildə qrup fəaliyyətini təkmilləşdirərək əməliyyatlarını əsas üç törəmə müəssisəsinə yönəltdi: çoxyönlü yükdaşımalar təklif edən “Silk Way Airlines”, qlobal yükdaşımalar üzrə uçuşlar həyata keçirən “Silk Way West Airlines” və təyyarələrin təmir və texniki xidmətini təmin edən “Silk Way Technics”. Dünya üzrə 1700-dən artıq mütəxəssisin çalışdığı bu şirkətlər Azərbaycan iqtisadiyyatına böyük töhfə verir.
CEDD Aerodrom İşıqlandırma Sistemi
LED üçün nəzərdə tutulmuş CEDD ağıllı, təhlükəsiz və dayanıqlı aerodrom işıqlandırma sistemidir. Enerji və məlumat ötürülməsi tək bir kabel vasitəsilə həyata keçirilir. İşıqlandırma qurğuları induksiya yolu ilə enerji və məlumat alır ki, bu da sahədə transformator və qoşuculara ehtiyacı aradan qaldırır. Lampalar elektrik təması olmadan asanlıqla və təhlükəsiz şəkildə quraşdırıla və ya dəyişdirilə bilər.
CEDD lampaları fərdi qaydada idarə oluna bildiyi üçün aerodrom işıqlandırmasının idarə olunmasında daha böyük çeviklik təmin edir. Bu, sistemi “Yaşıl işıqları izlə” tipli tətbiqlər üçün xüsusilə uyğun edir. Adi LED AGL sistemləri ilə müqayisədə 70%-dək az enerji sərf edən CEDD aerodromun ətraf mühitə təsirini azaldır.
“TKH Airport Solutions”
“TKH Airport Solutions” ağıllı aerodrom işıqlandırma (AGL) sistemlərini inkişaf və istehsal edir. Şirkət AGL və rabitə texnologiyaları sahəsində uzunmüddətli və uğurlu inkişaf ənənəsindən əldə etdiyi təcrübəyə əsaslanır. “TKH Airport Solutions” mövcud LED işıqlandırma məhsul çeşidinə yeni CEDD AGL texnologiyasını əlavə edib. Bu ağıllı və davamlı həll AGL infrastrukturunun səmərəliliyini, təhlükəsizliyini və etibarlılığını artırır. CEDD AGL sistemi ilə şirkət müasir hava limanı ehtiyaclarını yeni uçuş-enmə zolağı işıqlandırma texnologiyaları ilə təbii şəkildə inteqrasiya edir. “TKH Airport Solutions” Niderlandın “TKH Group NV” qrupuna aid şirkətlərdən biridir. Şirkət “TKH Group”-un bir hissəsi olaraq ağıllı rabitə, enerji paylanması və AGL sahəsində 90 ildən artıq təcrübədən istifadə edir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
8 d. əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
-
16 d. əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
59 d. əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
1 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 2 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Ən çox oxunanlar
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
























