Qlobal Ərzaq Qiymətləri İndeksi oktyabrda son 18 ayın ən yüksək səviyyəsinə çatıb
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Qlobal Ərzaq Qiymətləri İndeksinin oktyabr ayında bitki yağı qiymətlərindəki kəskin artımın əksər əsas ərzaq məhsullarında bahalaşmalara səbəb olduğu üçün son 18 ayda ən yüksək səviyyəyə yüksəldiyini bildirib.Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişikliklərin monitorinqini aparan Qlobal Ərzaq Qiymətləri İndeksinin oktyabr ayı nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, İndeks oktyabr ayında sentyabr ayı ilə müqayisədə 2% artaraq 127,4 bənd olub Beləliklə, indeks son 18 ayın ən yüksək səviyyəsinə çatıb.
FAO-nun məlumatları göstərib ki, indeks bir il əvvələ (2023-cü ilin oktyabr ayına) nisbətən 5,5 faiz artaraq 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 2022-ci ilin martında indeks 160,2 bəndə çataraq rekord qırmışdı.
Oktyabr ayında İndeksin son 18 ayın ən yüksək səviyyəsinə çatmasına bitki yağı qiymətlərindəki kəskin artım səbəb olmuşdur.
Taxıl Qiyməti İndeksi, buğda və qarğıdalı ixracat qiymətlərindəki artım səbəbiylə oktyabr ayında bir əvvəlki ayla müqayisədə 0,9% artıb.
Şimal yarımkürəsinin əsas ixracatçı ölkələrində əlverişsiz hava şəraiti, Rusiyada qeyri-rəsmi baza qiymət tətbiqinin bərpası və Qara dəniz regionunda artan gərginlik səbəbindən qlobal buğda qiymətləri artıb.
Bitki Yağı Qiymət İndeksi oktyabr ayında əsasən istehsalla bağlı narahatlıqlar səbəbiylə palma, soya, günəbaxan və kolza yağının qiymətlərinin yüksəlməsilə 7,3% artaraq son 2 ilin ən yüksək səviyyəsinə çatıb.
Uzun müddət davam edən quraq hava şəraitindən sonra Braziliyada 2024/2025-ci illər istehsal proqnozu ilə bağlı narahatlıqlar səbəbiylə Şəkər Qiyməti İndeksi 2,6 faiz artıb.
Beynəlxalq xam neft qiymətlərinin artması da şəkər qamışını daha çox etanol istehsalına keçirərək şəkər qiymətlərinin artmasına səbəb olmuş, Braziliya realının dollar qarşısında zəifləməsi isə bu artımı məhdudlaşdırmışdır.
Oktyabrda FAO Süd Məhsullarının Qiymət İndeksi 1,9 faiz artaraq ötən ilin eyni dövründəki səviyyədən 21,4 faiz yuxarı olub. Bu artımda beynəlxalq pendir və yağ qiymətlərindəki artım təsirli olsa da, süd tozu qiymətlərində azalma müşahidə olunub.
Ümumi yüksəliş meylinin əksinə olaraq, Ət Qiyməti İndeksi, zəif daxili və xarici tələbat mühitində oktyabr ayında sentyabr ayına nisbətən 0.3% azalıb. Buna səbəb Qərbi Avropada artan kəsimə görə aşağı donuz əti qiymətlərinin aşağı düşməsi səbəb olub.
Oktyabr ayında dünya quş ətinin qiymətləri məhdud azalma göstərsə də, qoyun ətinin qiyməti sabit qalıb. Digər tərəfdən, beynəlxalq alışlar gücləndikcə iribuynuzlu mal ətinin qiymətləri mülayim şəkildə artmışdır.
FAO həmçinin qlobal istehsal, istehlak, ticarət və fond tendensiyalarının qiymətləndirilməsini özündə əks etdirən Taxıl Təchizatı və Tələbinin Xülasəsi Hesabatını dərc edib. Təşkilat 2024-cü il üçün 2,853 milyard ton olan istehsal proqnozunu bir ay əvvəl açıqladığı 2,848 milyard tona endirib. FAO bildirib ki, bu rəqəm tarixdə ikinci ən böyük istehsal olacaq.
Hesabata görə, əkin ərazilənin genişlənməsi və əlverişli hava şəraiti nəticəsində Asiyada hasilatın artmasının Avropanın mühüm istehsalçılarında müşahidə olunan böyük azalmaları artıqlaması ilə kompensasiya etməsilə, Dünya buğda istehsalının artacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 9 saat sonra
-
-
2 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
6 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
9 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























