Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində iştirakını uğurla yekunlaşdırdı
(®) 21-24 oktyabr 2024-cü il tarixlərində Pekində baş tutan “SIBOS 2024” beynəlxalq sərgisi yekunlaşdı. Dünya maliyyə sektorunun aparıcı oyunçularını bir araya gətirən sərgi gələcək maliyyə trendlərinin müzakirə olunduğu mühüm platforma oldu. Ölkənin birinci bankı Kapital Bank, keçdiyi rəqəmsal transformasiya yolunu və tətbiq etdiyi innovativ həlləri təqdim edərək sərgidə iştirakını uğurla tamamladı.
Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti dünya maliyyə nəhəngləri ilə keçirilən strateji görüşlərdə iştirak edərək rəqəmsallaşma və maliyyə texnologiyaları sahəsində beynəlxalq əməkdaşlıq perspektivlərini müzakirə etdi. Bu görüşlər bank üçün yalnız mövcud müxbir əlaqələrin gücləndirilməsi deyil, eyni zamanda yeni bazar imkanlarının dəyərləndirilməsi baxımından da əhəmiyyətli oldu. Daha bir vacib məqam isə Fərid Hüseynovun beynəlxalq mətbuata verdiyi müsahibə oldu. Müsahibədə Azərbaycanın bank sektorunda həyata keçirilən rəqəmsal transformasiya, yeniliklər və gələcək inkişaf perspektivləri haqqında geniş məlumat verildi.
Tədbir çərçivəsində Kapital Bank-ın stendində yüzlərlə ziyarətçi bankın fəaliyyət sahələri ilə tanış olaraq Azərbaycandakı bankçılıq təcrübəsi, rəqəmsal transformasiya addımları və innovativ həllər haqqında məlumat aldı. Ölkəmizin sahib olduğu milli mənəvi dəyərləri beynəlxalq arenda tanıtmaq məqsədilə ziyarətçilərə milli atributlarla zəngin xüsusi hədiyyələr təqdim olundu.
Kapital Bank üçün “SIBOS 2024” beynəlxalq maliyyə icmasına dərin inteqrasiya, yeni tərəfdaşlıqlar və innovativ həllərin beynəlxalq arenada tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Qlobal maliyyə bazarının inkişafına yön verən bu tədbirdə iştirak etmək bankın uzunmüddətli strategiyasında irəliyə atılmış əhəmiyyətli addımlardan biridir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
56 d. əvvəl
Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
-
1 saat əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
1 saat əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
21 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)

