"Mikromaliyyə institutlarının yeni tendensiyalar və imkanlar barədə dərin araşdırmalar aparmaq üçün resursları çatışmır"
Mikromaliyyənin gələcəyi blokçeyn, süni intellektə əsaslanan kredit skorinqi və dayanıqlılıq kimi yeni tendensiyalarla formalaşmaqdadır.
Bu barədə “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin İdarə Heyətinin sədri Cəlal Əliyev Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında deyib.
Onun sözlərinə görə, rəqəmsal platformaların tətbiqi mikromaliyyə institutlarına (MMİ) ənənəvi maliyyə xidmətlərinə çıxışı məhdud olan əhali qruplarına daha keyfiyyətli xidmət göstərməyə, maliyyə inklüzivliyini artırmağa və yoxsulluğun azaldılmasına töhfə verməyə imkan yaradır. Bununla belə, MMİ-lər rəqəmsal savadlılıq, məlumatların məxfiliyi və kibertəhlükəsizlik kimi çağırışlarla ehtiyatla hərəkət etməlidirlər.
C. Əliyev qeyd edib ki, mikromaliyyə sektoru yeni və davamlı maliyyə imkanları yaratmaqda davam edir: "Bu imkanlar həm benefisiarların həyat səviyyəsini yaxşılaşdırır, həm də ətraf mühitə zərər verən təsirləri azaldır. Mikromaliyyə xidmətləri ekoloji şoklara qarşı icmaların dayanıqlığını artırmalı və "yaşıl inkişaf"ı dəstəkləməlidir".
O, mikromaliyyə sənayesində innovasiyaların qarşısında bir sıra maneələrin olduğunu da vurğulayıb: "Bu maneələr MMİ-lərin daxili və xarici faktorlarına əsaslanır. Bir çox hallarda MMİ-lərin bazar tələbləri, müştəri məmnuniyyəti, yeni tendensiyalar və imkanlar barədə dərin araşdırmalar aparmaq üçün resursları çatışmır. Yeniliklərin və təkmilləşdirilmiş xidmətlərin təqdim edilməsi ilə bağlı yüksək xərclər də qurumlar üçün əsas maneələrdən biridir".
C.Əliyev bildirib ki, innovativ yanaşmalar mikromaliyyənin gələcəyini müəyyənləşdirir və MMİ-lərin rəqəmsal transformasiyası əməliyyatların sadələşdirilməsi, xidmətlərin əlçatanlığının artırılması, risklərin idarə edilməsinin təkmilləşdirilməsi və xərclərin azaldılması üçün unikal imkanlar yaradır. Onun sözlərinə görə, bu yanaşma həm də onların sosial və iqtisadi təsirini gücləndirmək potensialına malikdir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
14 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul





















