“İnnostart” qayıtdı!
Bölgələrdə yaşayan gənclər bu layihə vasitəsilə startap qura, biznesini inkişaf etdirə və innovativ ideyalarını reallaşdıra bilərlər.(®) “İnnostart” layihəsi ölkənin müxtəlif bölgələrində yaşayan gənclərə sahibkarlıq, startap və innovasiya sahələrində bilik və təcrübə qazanmaq imkanı təqdim edir. Bu layihə vasitəsilə startap qurmaq, biznesi inkişaf etdirmək və innovativ ideyalarını reallaşdırmaq istəyənlərə geniş imkanlar təklif edilir.
Bu məqsədlə, təşkil ediləcək icma tədbirləri, maaraifləndirmə sessiyaları, startap müsabiqələri və inkubasiya proqramları vasitəsilə daha çox şəxs innovasiya ekosistemi barədə məlumat əldə edəcək, innovativ sahibkarlıq təcrübəsi qazanacaq, öz innovativ layihəsini qurmaq üçün ilk addımlarını atacaqdır.
2022-ci ildə start götürən “INNOSTART” layihəsi çərçivəsində hakatonlar, inkubasiya proqramları, seminarlar, mentorluq proqramları və "Demo Day" tədbirləri keçirilir. Bu tədbirlər gənclərin sahibkarlıq və innovasiya sahəsində biliklərini genişləndirməklə yanaşı, onların real biznes mühitində praktiki təcrübə qazanmalarına da şərait yaradır. Hər bir iştirakçı öz ideyasını formalaşdırmaq, investorlarla görüşmək və innovasiya ekosisteminin bir parçası olmaq şansı əldə edir.
“İnnostart” layihəsinin əsas məqsədləri:
- Regionlarda innovasiya ekosisteminin inkişafına dəstək: Regionlardakı icmaları sahibkarlıq və innovasiya ilə tanış etmək, onların biznes biliklərini artırmaq və gələcək liderlərini formalaşdırmaq.
- Startap ekosistemini formalaşdırmaq: Regionlarda yaşayanlara startap ideyalarını inkişaf etdirmək üçün təlim, resurs və maliyyə dəstəyi təqdim etmək.
- Şəbəkələşmə imkanları: Gənclərə investorlar, mentorlar və sahibkarlarla görüşlər təşkil etmək, onların ideyalarını daha geniş auditoriyaya tanıtmaq.
-İnnovativ ideyaları dəstəkləmək: Regional icmaların innovasiya potensialını üzə çıxarmaq və onları biznes dünyasına daxil etmək üçün davamlı dəstək göstərmək.
Gələcək planlar:
2024-2025-ci illər ərzində “INNOSTART” layihəsi daha geniş miqyasda regionlarda fəaliyyətini davam etdirəcək və daha çox gənci innovasiya və startap ekosisteminə cəlb etməyə yönəldilmiş tədbirlər həyata keçirəcəkdir. Proqram çərçivəsində inkubasiya proqramları, hakatonlar, vörkşoplar, maarifləndirmə təlimləri, elektron ticarət sistemi haqqında təlimlər, ideatonlar həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Layihənin təsir gücü gənclərin yalnız şəxsi inkişafına deyil, eyni zamanda Azərbaycanın iqtisadiyyatına və innovasiya ekosisteminin inkişafına müsbət təsir göstərməkdədir. Layihə, iştirakçıları sahibkarlıq və texnologiya sahələrinə cəlb edərək onların gələcəkdə uğurlar əldə etməsinə kömək edir.
İştirak etmək və daha ətraflı məlumat üçün:
İştirakçılar www.innostart.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
19 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















