“Temu” Azərbaycanda bazarı ələ keçirir” məsələsinə “Trendyol”dan cavab
Çin məhsullarının satışı ilə məşğul olan “Temu” onlayn ticarət platformasının Azərbaycanda məşhurlaşması və müştərilərinin artması Türkiyənin “Trendyol” şirkətini narahat etmir.
Marja.az xəbər verir ki, bu gün "Trendyol"un Bakı ofisinin açılışından sonra keçirilmiş mətbuat konfransında "Trendyol"un Baş İcraçı direktoru Erdem İnan və "Trendyol Azərbaycan" şirkətinin direktoru İrem Çağrı Yılandil bu məsələ barədə sualı cavablandırıblar.
Erdem İnan qeyd edib ki, gələcəkdə Azərbaycan bazarında rəqabət qızışacaq, fərqli platformalar müxtəlif ölkələrdən məhsulları təklif edəcəklər.
"Azərbaycanda son 1,5 ildə təxminən 2 milyon müştəri bazasına nail olarkən ən çox geyim və ev tekstili məhsulları sataraq bu nöqtəyə gəlmişik. Türkiyə markaları qiymət/keyfiyyət performasında əlverişli nöqtədədir. Türkiyə məhsulları ən ucz deyil, amma keyfiyyət baxımından rəqiblərinin üzərindədir, - Erdem İnan bildirib.
Qeyd edilib ki, "Trendyol" Türkiyədə 100 milyon məhsulu olan 300 mindən çox satıcı ilə çalışır.
“Temu”nun Azərbaycan bazarına daxil olmasını qiymətləndirən "Trendyol Azərbaycan" şirkətinin direktoru İrem Çağrı Yılandil bildirib:
“Trendyol” olaraq bu mövzuya baxışımız belədir: rəqabət hər zaman müştəri üçün faydalıdır, şirkətlər müştərilərə ən yaxşısını təqdim etmək üçün daha çox çalışırlar. Bizim üçün də Azərbaycanda rəqabətin artması gözəl, müsbət haldır. Biz də xidmətlərimizin səviyyəsini daha da artırmağa çalışırıq. Keçmişdə 11 gün olan müddəti bu gün 8 günədək azaltmışıq. Yaxın gələcəkdə müştərilərə məhsulların qaytarıla bilinməsi imkanını yaradacağıq. “Trendyol”un üstünlüyü daha keyfiyyətli olan Türkiyə istehsalı məhsullar təklif etməsidir. Hələ də qiymət məsələsində rəqabət apara bilirik, üstəlik müştərilərə daha keyfiyyətli məhsullar təklif edirik. Həmçinin “Trendyol”un Azərbaycan bazarında da müxtəlif tərəfdaşları var, müştərilər “Trendyol”da "Umico" bonuslarını istifadə edə, taksit ilə alış-veriş edə bilirlər. “Trendyol”un rəqbilərindən ayıran bir çox özəllikləri var”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























