Almaniya, Fransa və Britaniya “Iran Air”ə qarşı sanksiyalar tətbiq edəcək
Almaniya, Fransa və Böyük Britaniyanın hakimiyyət orqanları dərhal yeni tədbirlər görmək, o cümlədən İranla hava əlaqəsi sazişlərini dayandırmaq və “Iran Air”ə qarşı sanksiyaların tətbiqi üzərində işləmək niyyətindədir.
Bu barədə adıçəkilən üç ölkənin xarici işlər nazirlərinin Almaniya Xarici İşlər Nazirliyinin saytında dərc edilən birgə bəyanatında deyilir.
“Biz - Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranın ixracını və Rusiyanın İrandan ballistik raketlər almasını qətiyyətlə pisləyirik”, - bəyanatda bildirilir.
Onların fikrincə, bu, həm İran, həm də Rusiya tərəfindən eskalasiyadır və Avropanın təhlükəsizliyinə təhdiddir.
“İranla ikitərəfli hava əlaqəsi müqavilələrini ləğv etmək üçün dərhal hərəkətə keçəcəyik. Bundan əlavə, İranın ballistik raket proqramında, ballistik raketlərin və digər silahların Rusiyaya ötürülməsində iştirak edən əsas təşkilat və şəxslərin müəyyənləşdirilməsini davam etdirəcəyik. Ardından “Iran Air”ə qarşı sanksiyalar tətbiq etmək üzərində işləyəcəyik”, - bəyanatda vurğulanır.
Bəyanatda o da qeyd edilib ki, üç ölkə cavab tədbirlərini avropalı və beynəlxalq tərəfdaşlarla razılaşdırır və İrandan Rusiyaya hərbi dəstəyini, eləcə də ballistik raket işlənib hazırlanmasını dərhal dayandırmasını tələb edir.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



