Qadın qadağan olunmuş yerdən qəfil qatarın qarşısına çıxıb, dünyasını dəyişib
Bu gün saat 18:05-də Bakı -Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Keşlə sahəsində hərəkətdə olarkən orta yaşlı bir qadın dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.
Azərbaycan Dəmir Yollarının (ADY) yaydığı məlumatda bildirilir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
8 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
12 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 18 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























