"Eptal Group" 3 tenderdə qalib olub, 2,9 milyon manatlıq sifarişlər alıb
"Eptal Group" Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ilin Avqust ayında yekunlaşmış 3 tenderdə qalib elan olunub.
Marja.az xəbər verir ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün metal tərkibli mebel, kazarma inventarlarının quraşdırılması ilə birlikdə satın alınması ilə bağlı tenderi yekunlaşdırıb. Tenderdə qalib şirkət "Eptal Group" MMC-dir. Şirkətin qiymət təklifi 1 milyon 681 min 706 manatdır.
Həmçinin Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif tipli mebellərin quraşdırılması ilə birlikdə satın alınması ilə bağlı tenderi də yekunlaşdırıb. Bu tenderdə də qalib şirkət "Eptal Group" MMC-dir. Şirkətin qiymət təklifi 975 min 901 manatdır.
Azərbaycan Texniki Universiteti Sair torpaq tikili və avadanlıqların (bərk inventar) satınalınması ilə bağlı tenderi yekunlaşdırb. Tenderdə qalib şirkət "Eptal Group" MMC-dir. MMC-nin qiymət təklifi 217 min 283 manatdır.
Şirkət qalib olduğu 3 tender üzrə cəmi 2 milyon 874 min 90 manatlıq sifariş alıb.
Laçın rayonunun qədim adını daşıyan "Eptal Group" MMC şirkəti mebellərin istehsalçısıdır. Şirkət ofislər, anbarlar, arxivlər, banklar, sənaye binaları, idman və təhsil müəssisələrinin soyunub-geyinmə otaqları üçün mebellərin geniş çeşidini təklif edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 d. əvvəl
-
15 d. əvvəl
Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
-
17 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 44 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək





















