Naxçıvan 52 ədəd təcili tibbi yardım avtomobili alır
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Naxçıvan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Marja-ya verilən məlumata görə, Dövlət Proqramına uyğun olaraq Təcili Tibbi Yardım Xidmətinin maddi-texniki bazası gücləndirilir.
Belə ki, əhaliyə daha keyfiyyətli təcili və təxirəsalınmaz tibbi xidmət göstərmək üçün 52 ədəd təcili tibbi yardım avtomobillərinin (sadə differensiallı təcili tibbi yardım avtomobilləri, perinatal küvezlə təchiz olunmuş təcili tibbi yardım avtomobilləri, xüsusi yolsuzluq ərazi üçün təcili tibbi yardım avtomobilləri) alınması üçün müvafiq işlər həyata keçirilir.
Təcili tibbi yardım avtomobillərinin alınması, köhnə avtomobillərin daxili təchizatının yaxşılaşdırılması, 26 geolokasiyada yerləşən təcili tibbi yardım şöbələrinin təchizatının gücləndirilməsi üçün aparılan satınalma prosesləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















