Azərbaycanda ilk dəfə elektrik avtomobillərinin yarışı keçirilib - VİDEO
Ölkəmizdə elektromobillərə marağın artması danılmaz faktdır, buna əmin olmaq üçün satış göstəricilərinə nəzər salmaq yetərlidir. Buna baxmayaraq, əhalinin böyük bir hissəsində hələ də elektrik avtomobillərə etibar formalaşmayıb: çoxları enerji ehtiyyatının yolun ortasında tükənəcəyindən çəkinir. Etiraf edək ki, yollarda elektrik "şarj" məntəqələri hələ də azdır və belə fikirlər əsassız deyil, lakin mövcud şəraitdə də marşrutu əvvəlcədən hesablayıb, bölgələrə rahat səyahət etmək mümkündür.
Azərbaycan Prezidentinin "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında sərəncamına əsasən Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) sılsilə tədbirlər həyata keçirməkdədir. Bunlardan Bakı-Mingəçevir və Bakı-Qobustan marşrutları ilə "Yaşıl ölkə" ekoloji avtomobillər yürüşlərini, "Avto Eko" elektrik avtomobillər sərgilərini misal gətirmək olar. Bu layihənin davamı olaraq, ötən həftə Azərbaycanda ilk elektromobillər yarışı da keçirildib.
Yarışın şərtləri və nəticələri barədə AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verib:
"Yarışın ideyası məşhur səyahətçi Rafael de Mestre ilə görüşümdən sonra yarandı. Xatırladım ki, bu ispaniyalı volonter elektromobil ilə 80 gün ərzində dünya səyahətinə çıxmışdı və marşrutu Azərbaycandan keçirdi. Özünü Jül Vernin “80 gün dünya ətrafında” əsərinin qəhrəmanı hiss edən Rafael qarşısına iki hədəf qoymuşdu: elektromobillərin praktikliyini nümayiş etdirmək və onların gündəlik istifadəsi ilə bağlı şübhələrə son qoymaq. Biz qat-qat kiçik marşrutda bunu həyata keçirməyi qərara aldıq. Yarışın şərtləri çox sadədir: batareyaları bir dəfə doldurmaqla Nabrana çatıb, geri qayıtmaq. Əslində qayıtmağa da ehtiyac yoxdur, yetər ki, elektromobildə əlli faiz enerji ehtiyyatı qalsın. Yarışda 12 elektromobil iştirak edirdi və şərtlərin əməlinə nəzarət etmək üçün hər birində bizim bir ekspert yerləşirdi. Ekspertlər qismində ən populyar avtoboqerləri dəvət etmişdik. Onlar öz platformalarında yarışın nəticələri barədə ətraflı məlumat artıq veriblər. Mən sadəcə qeyd edim ki, bütün ekipajlar 50 faiz enerji ehtiyyatı ilə finala keçə bildi və müvafiq diplomlarla təltif olundu. AADA bu sayaq yarışları davam etdirməyi planlaşdırır, növbəti marşrut qədim Şəkiyə olacaq".
Son olaraq, layihənin gerçəkləçməsində bizə dəstək olmuş daimi parntyorlara minnətdarlığımızı bildirmək istərdim: Amsoil, Maşin.az, CarsCharge", Baku Auto Mall, Palma istirahət mərkəzi, Bizon".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















