Azərbaycanın iqtisadi artım və inflyasiya proqnozları yenilənib
Yenilənmiş proqnozlara əsasən, 2024-cü ildə ÜDM-in real artımı 3,8 faiz olmaqla nominal ifadədə 121,3 milyard manata , o cümlədən qeyri-neft ÜDM 84,7 milyard manata çatacağı gözlənilir. Cari ilin yanvar-iyun aylarında qeyri-neft/qaz sektorunda müşahidə edilən artım tempinin ilin növbəti aylarında da davam edəcəyi gözlənilir. Bu əsasla 2024-cü ildə qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,6 faizdən 5,5 faizə qaldırılmışdır.“2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə verilən məlumata görə, 2024-cü il üzrə yenilənmiş makroiqtisadi proqnozlar yenilənib.
Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsi baxılan zamanı (2023-cü ilin oktyabr ayı) İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlara əsasən ÜDM 118,4 milyard manat, qeyri-neft/qaz ÜDM 84,2 milyard manat, real artım tempi isə müvafiq olaraq 2,4 və 4,6 faiz səviyyəsində götürülmüşdür.
Lakin 2023-cü ildə istehsal edilmiş ÜDM-in ehtimal edildiyindən artıq olması, 2024-cü ilin ilk 6 ayında qeydə alınmış makro-fiskal nəticələr, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı 2024-cü ilin sonuna gözləntilər cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirmişdir. Yenilənmiş proqnozlara əsasən, 2024-cü ildə ÜDM-in real artımı 3,8 faiz olmaqla nominal ifadədə 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3,0 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM 84,7 milyard manata (əvvəlki proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı gözlənilir.
2024-cü ilin dövlət büdcəsinin hesablamaları üçün 60 ABŞ dolları səviyyəsində qəbul edilmiş xam neftin bir barelinin orta illik ixrac qiyməti dövlət büdcəsinə yenidən baxılma ilə 75 ABŞ dolları səviyyəsinə artırılmışdır.
Cari ilin yanvar-iyun aylarında qeyri-neft/qaz sektorunda müşahidə edilən artım tempinin ilin növbəti aylarında da davam edəcəyi gözlənilir. Bu əsasla 2024-cü ildə qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,6 faizdən 5,5 faizə qaldırılmışdır.
Eyni zamanda, 2024-cü ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 5,3 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma ilə inflyasiya proqnozu 2,7 faizə qədər azaldılmışdır.
2024-cü ildə qlobal artım üzrə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən cari ilin iyul ayında verilmiş proqnoz aprel ayına nəzərən dəyişməz saxlanılmış (3,2 faiz), Dünya Bankı (DB) isə cari ilin iyun ayında qlobal artım proqnozunu ilkin təqdim edilmiş proqnozla müqayisədə 0,2 faiz-bənd artıraraq 2,6 faiz səviyyəsində müəyyən etmişdir. 2024-cü ilin ilk yarısında geosiyasi və geoiqtisadi gərginliyin və ticari fraqmentasiyaların hökm sürməsi, qlobal əmtəə bazarlarında qiymət tərəddüdlərinin müşahidə olunması, disinflyasiya meyillərinin zəifləməsi qlobal iqtisadi gözləntilərlə bağlı qeyri-müəyyənliyə təsir edən amillər olmuşdur.
Beynəlxalq maliyyə institutları və agentliklərinin son proqnozlarına əsasən, xam neftin bir barelinin orta illik satış qiymətinin 75,0-85,0 ABŞ dolları civarında olacağı proqnozlaşdırılır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























