“Auto Azərbaycan” yol verdiyi haqsız rəqabəti könüllü aradan qaldırıb, Dövlət Xidməti onu bağışlayıb
Minik avtomobillərinin satışı zamanı “Auto Azərbaycan” MMC tərəfindən müştərilərlə bağlanan müqavilələrə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi nəticəsində aşkar olunan haqsız rəqabətə yolvermə əlamətləri aradan qaldırılıb.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.
Xidmətdən Marja-ya verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı minik avtomobillərinin idxalı və satışı ilə məşğul olan “Auto Azərbaycan” MMC tərəfindən müştərilərlə bağlanan müqavilələrə və zəmanət şərtlərinə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin əlavə edildiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və ya stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı və bununla da, haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib.
Yuxarıda göstərilən hallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Auto Azərbaycan” MMC barəsində rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması prosesində “Auto Azərbaycan” MMC tərəfindən yol verilmiş haqsız rəqabət halları könüllü olaraq aradan qaldırılıb və bu, Dövlət Xidməti tərəfindən nəzərə alınıb.
İşə baxılmasının nəticəsi olaraq, “Auto Azərbaycan” MMC-yə avtomobillərin satışı zamanı onun tərəfindən bağlanmış zəmanət müqaviləsində, eləcə də zəmanət və servis kitabçalarında sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklər nəzərdə tutmaqla haqsız rəqabətə yol verməməsi haqqında icrası məcburi göstəriş verilib.
Eyni zamanda “Auto Azərbaycan” MMC tərəfindən istehlakçı müqavilələrində və zəmanət şərtlərində istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin aradan qaldırılması nəzərə alınıb.
"Məlumat üçün bildiririk ki, rəqabət qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati məsuliyyətə səbəb olur", - Dövlət Xidmətinin məlumatında bildirilir.
Vətəndaşlar və sahibkarlıq subyektləri müqavilələrdə məhdudlaşdırıcı şərtlər və haqsız rəqabət halları ilə üzləşdikləri halda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi, elektron poçt ünvanı ([email protected]) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)





