Coca-Cola-dan növbəti musiqili yay kampaniyası
(®) Dünyanın sevilən içki brendi Coca-Cola musiqili-əyləncəli kampaniyası ilə bu yayı da unudulmaz edir. Belə ki, şirkət 12 iyun 2024 – 4 sentyabr 2024 müddəti ərzində “Musiqi 2024” stimullaşdırıcı lotereyasını həyata keçirir.
Lotereyaya daxil olan məhsullar xüsusi etiketli və qızılı qapaqlı 0.5 l-lik “Coca-Cola” Classic, “Coca-Cola” Sıfır Şəkər, “Fanta” Portağal və “Sprite”dır.
Lotereya iştirakçısı olmaq üçün qeyd olunmuş məhsullardakı qızılı qapaqların altındakı unikal kodu music.coca-cola.az veb-saytında və ya 7676 nömrəsinə pulsuz SMS göndərməklə qeydiyyatdan keçirmək lazımdır. Qeydiyyatın təsdiqi mesajını aldıqdan sonra lotereya tirajında iştirak hüququ əldə edilmiş olur.
Lotereya tirajları lotereya müddətində hər həftənin çərşənbə günü (tiraj tarixləri: İyun 19, İyun 26, İyul 3, İyul 10, İyul 17, İyul 24, İyul 31, Avqust 7, Avqust 14, Avqust 21, Avqust 28, Sentyabr 4) Gənclik Mall ticarət mərkəzində yerləşən stenddə xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında şəffaf şəkildə həyata keçirilir və şirkətin sosial media hesabından (Instagram: @cocacola_az) canlı yayımlanır. Hər tirajda qaliblər müəyyən olunur və onlara aşağıdakı hədiyyələrdən biri müvafiq olaraq təqdim olunur:
• Coca-Cola loqotipi olan səsgücləndirici (qırmızı rəngdə) – 6000 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 5 ədəd hədiyyə qazanmaq şansı var
• Coca-Cola loqotipi olan çanta (qırmızı rəngdə) – 1200 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 5 ədəd hədiyyə qazanmaq şansı var
• Apple Airpods Max qulaqlıq (qara qəngdə) – 120 ədəd; 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var
• Apple ağıllı saat (qara rəngdə) – 60 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var
• Apple Iphone 15 (128 GB, qara rəngdə ) – 60 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var
• Coca-Cola ilə Ekskluziv Musiqi Təcrübəsi (Xəzər Festivalının Bakı konsertində ekskluziv zonaya 2 nəfərlik giriş və Bakıda 5 ulduzlu oteldə bir gecə qonaqlama (2 nəfərlik)) –12 ədəd; 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var.
Qeyd edək ki, tirajlar həftəlik olaraq baş tutur və tirajın oynanılacağı gün başladıqdan etibarən göndərilən kodlar artıq növbəti həftənin tirajında oynanılır. Lotereyalar haqqında qanunun 7.1-1 maddəsinə uyğun olaraq lotereyada iştirak edən istehlakçıların hər birinin qazanma şansı var. Suallar və daha ətraflı məlumat üçün 088 4441 nömrəsi ilə əlaqə saxlamaq olar.
Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə musiqi və əyləncənin ayrılmaz hissəsinə çevrilmişdir. Coca-Cola ötən il Azərbaycanda “Musiqi 2023” kampaniyası, “Coke Studio ilə Xəzər Festivalı” və digər musiqili-əyləncəli tədbirlər keçirib. Bu il də “Coke Studio ilə Xəzər Festivalı”nın keçiriləcəyi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
56 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
2 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
3 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
3 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
4 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
























