Azərbaycanın “Anglo Asian Mining” şirkəti ilə müqavilədə “AzerGold” tərəf oldu
“AzerGold” QSC Azərbaycanda filiz yataqlarının işlənməsinə dair Britaniyanın “Anglo Asian Mining plc” (AAM) qızıl mədən şirkəti ilə əvvəllər bağlanmış Hasilatın Pay Bölgüsü müqaviləsinin (PSA) tərəfi olub.
Bu barədə AAM-ın məlumatına istinadən xəbər verilir.
“Hasilatın Pay Bölgüsü müqaviləsində edilən düzəlişlərə əsasən, “AzerGold” QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əvəzinə Azərbaycan tərəfindən PSA-nın iştirakçısı olub. “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” müqavilə sahələrində obyektlərin istifadəsi ilə bağlı da kiçik düzəlişlər edilib”, - məlumatda qeyd edilib.
Şirkətin məlumatında bildirilib ki, Hasilatın Pay Bölgüsü müqaviləsi bağlanan zaman Azərbaycanda hələ dağ-mədən sektorunda işləyən dövlət qurumu yox idi və “AzerGold” QSC daha sonra yaradılıb.
Qeyd edilib ki, PSA-nın bəzi müqavilə sahələrində obyektlərin istifadəsi ilə bağlı bəndə də dəyişikliklər edilib.
“Xüsusilə, “Azerbaijan International Mining Company Limited”in (AIMC, AAM-ın “törəmə şirkəti”) “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” müqavilə sahələrində mövcud olan bütün mədən işləri, qazma kernləri, maşınlar və digər avadanlıqların bu müqavilə sahələri AIMC-nin sərəncamına verildiyi tarixə istifadəsinə icazənin verildiyi dəyişikliklər edilib”, - məlumatda deyilir.
Dəyişikliklər artıq Milli Məclis tərəfindən ratifikasiya olunub və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilib.
“Bu düzəlişlər “Anglo Asian Mining”a əhəmiyyətli dərəcədə fayda verəcək, çünki şirkət indi PSA çərçivəsində kəşfiyyat, işlənmə və mədən layihələrində “AzerGold” ilə işləyəcək. Biz ETSN ilə möhkəm əlaqələr saxlamaqla, “AzerGold”un dəstəyi ilə portfelimizi daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - “Anglo Asian Mining”in baş direktoru Reza Vəziri bildirib.
Xatırladaq ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
“Production Sharing Agreement” (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və bununla 6 yatağın işlənməsi nəzərdə tutulur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir.
© Report
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 42 d. əvvəl
-
1 saat əvvəl
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
3 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
AZAL Bakı–Şımkent marşrutu üzrə uçuşlara başlayıb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
Ən çox oxunanlar
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə






















