Hindistandakı düyü ixracı ilə bağlı böhran Azərbaycana təsir edə bilərmi?
"S&P Global Commodity Insights"ın araşdırmasına görə, düyü ixracı üzrə dünya lideri hesab edilən Hindistan cari təqvim ilində xarici bazarlara 21,47 milyon ton düyü ixrac etməyi planlaşdırır. Bu, ötən ilin göstəricisindən 14 % çoxdur və ölkə tarixində ən yüksək göstərici ola bilər.
Araşdırmaya əsasən, Hindistan düyü ixracatçıları regionda kəskin konteyner çatışmazlığı fonunda yüklərin təsadüfi və qəfil ləğvi ilə üzləşirlər ki, bu da yaxın həftələrdə yük göndərmə həcmlərinin azalmasına səbəb ola bilər.
"Konteynerlərin kəskin çatışmazlığına bir çox amillər, o cümlədən Çindən ABŞ-a yük daşımalarına tələbatın kəskin artması və tranzit marşrutlarının uzanmasına səbəb olan Qırmızı dənizdəki münaqişə səbəb olub", - mənbə bildirir.
Dehlidən olan ixracatçının sözlərinə görə, gəmiçilik şirkətləri tərəfindən dəniz daşımalarının qiymətinin 150 %-ə qədər misli görünməmiş artımı Hindistanın düyü ixracı sənayesinə ciddi təsir göstərib. O deyib ki, bütün bu vəziyyət ixracatçıların hər hansı bir bizneslə məşğul olmaq istəyini azaldır. Hindistan Düyü İxracatçıları Federasiyasının vitse-prezidenti Varun Qoel bildirib ki, Mundra, Nhava Şeva və Vizaq kimi bütün əsas konteyner limanları həddindən artıq yüklənib, çünki orada 200 000 tondan çox yük var. O deyib ki, maydan etibarən sifarişlərin verilməsi üçün təsdiqlənmiş sifarişlər ləğv edilib. Nhava Şevadan Kotonuya konteyner daşımaları üçün tariflər mayın 10-da TEU (iyirmi fut ekvivalenti) üçün 1200-1300 ABŞ dollardan hazırda TEU üçün 4000 ABŞ dollarına qədər artıb.
Hind düyü ixracı sektoru üçün may ayından etibarən yük daşıma tariflərinin kəskin artması yaxınlaşan fəlakətin əlaməti oldu. Dehlidən olan digər ixracatçı bildirib ki, fraxt dərəcələri mayın sonundan bəri artır. Konteyner partiyası sifariş edilməsinə baxmayaraq, Kopenhagendən olan tanınmış gəmiçilik şirkəti qəfil tarif artımı səbəbindən sifarişlərin böyük hissəsini ləğv etdi. Reyslərın qəfil ləğv edilməsi geniş yayılıb və bir neçə gəmiçilik şirkəti ilə məhdudlaşmır, S&P-nin araşdırmasında deyilir.
Nəzərə alsaq ki, Azərbaycan düyüyə olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödəyir, o zaman mövcud durum ölkəyə necə təsir edəcəyi əhəmiyyətlidir. Rəsmi statistikaya görə, ötən il ərzində Azərbaycana 25 ölkədən 54 min 592 ton düyü idxal edilib. Bunun 45 min tonu və ya 82,5 %-i məhz Hindistanın payına düşüb. Əsas tədarükçülər sırasına həmçinin Çin (3 min 689 ton), Pakistan (2 min 558 ton), Vyetnam (1 min 296 ton) və Tailand (1 min 104 ton) daxildir.
Göründüyü kimi, Azərbaycan düyünü əsasən Hindistandan tədarük edir. Cari ilin ilk dörd ayı ərzində də vəziyyət çox da dəyişməyib. Belə ki, Azərbaycan xaricdən aldığı 27 min 335 ton düyünün, 20 min 370 tonu və 74,5 %-i bu ölkənin payına düşüb. Bununla belə bir il əvvəlki göstərici ilə müqayisədə Hindistandan düyü tədarükü 15,4 % azalıb. Bu ölkədən aldığımız düyünün 1 tonun idxal qiyməti isə ötənilki 890 ABŞ dollarından 1 135 ABŞ dollarına çatıb. Azərbaycan əsas tədarük bazarından düyü idxalının azalmasını digər bazarlar hesabına kompensasiya edib. Belə ki, Çindən alınan düyünün həcmi bir il əvvələ nisbətən 72 %, Pakistandan – 2,5 dəfə, Vyetnamdan – 632 dəfə və Türkiyədən – 50 dəfə artıb. Nəticədə ümumi idxalın həcmində 1,2 %-lik artım qeydə alınıb.
Lakin buna baxmayaraq, nəzərə almaq lazımdır ki, konteyner çatışmazlığı təkcə Hindistandan deyil, həm də regionun digər ölkələrindən düyü ixracatçılarını məhdudlaşdırır. Taylandlı düyü ixracatçısı bildirib ki, daşınma tarifləri son dərəcə yüksəkdir və heç kim bu qiymətlərlə konteyner sifariş etmir.
"Mayın ilk həftəsində Banqkokdan Qərbi Afrikaya konteyner daşınması tarifləri TEU üçün 3000 ABŞ dolları təşkil edirdi, lakin indi 5000 ABŞ dollaradək yüksəlib. Bu dərəcələrlə satıcılar konteyner sifariş edə bilmirlər və alternativlərin olmaması səbəbindən biznesi itirirlər", - deyə o bildirib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
7 d. əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
-
-
26 d. əvvəl
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- 44 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
-
53 d. əvvəl
Kondisioner, TV, smartfon, soyuducu – Baku Electronics-də qiymətlər endi
- 1 saat əvvəl
-
1 saat əvvəl
500 mindən çox sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
Ən çox oxunanlar
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
“Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Apple Intel ilə işləməyə razılaşdıqdan sonra, Intel-in səhmləri 10% bahalaşaraq rekord səviyyəyə çatıb
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb























