ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlandı
ABB-nin baş sponsorluğu, “SABAH.HUB” İnnovasiya Mərkəzinin dəstəyi ilə Baku Crystal Hall-da “Baku ID” innovasiya festivalı başlanıb.
Bu, Azərbaycanın və ümumən regionun əsas startap innovasiya tədbiridir. “Baku ID”nin baş sponsorları arasında ABB-dən başqa, Elm və Təhsil Nazirliyi, SOCAR, 4SİM, PAŞA Holding, Mappable və IDDA da var.
27-28 iyun tarixlərində keçirilən festival ölkəmizdə sayca üçüncü belə tədbirdir. Builki “Baku ID” tədbirinə 200-dən artıq yerli və xarici investor, 100-dən çox xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alıb. Tədbir çərçivəsində “Startup Wise Guys”, “White Hill Capital”, “Caucasus Ventures”, “MOST Ventures”, “Startupbootcamp”, "Aloqa Ventures" və “SABAH.fund” vençur fondlarının dəstəyi ilə startap fondu yaradılıb.
ABB-nin dəstəyi ilə startaplar tədbir zamanı "Startup Battle" konsepsiyası çərçivəsində yarışıb, 15.000 AZN qrant mükafatının da sahibi ola bilərlər. Tədbir boyunca startaplar investorlarla əlaqə qurmaq, öz ideyalarını təqdim etmək və potensial şəkildə investesiya əldə etmək üçün geniş imkanlar əldə edəcəklər.
“Baku ID” innovasiya festivalı fəaliyyət dövrü ərzində onlarla startapın inkişafına dəstək verib. Ümumilikdə isə startapların 1.7 milyon AZN-dən çox investisiya almasına nail olub.
Ölkəmizdə innovasiyalar ekosisteminin inkişafına dəstək verən ABB belə faydalı layihələrin dəstəklənməsinə sosial məsuliyyət proqramlarında xüsusi yer ayırır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)








