Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 37 % azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 4 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 161,7 manat təşkil edib.
Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 % azdır.
Hesabat dövründə ən yüksək qiymət 321,6 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 35,6 % çoxdur.
İkinci yerdə 223,5 manat olmaqla Abşeronun hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 0,6 % azdır.
4 ulduzlu hotellər arasında üçüncü yeri isə 223,4 manat olmaqla Lerik tutub. Bu şəhərdə ötən il 4 ulduzlu hotel olmayıb.
İsmayıllıda 4 ulduzlu hotellərdə bir gecə qalmaq 213,9 manata (+1,6 %), Qusarda 180,1 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Naftalanda 174 manat (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Qaxda 159 manata (-15 %), Bakıda 154,7 manata (- 44,7 % ), Şəkidə 147,3 manata (+7,3 %), Xızıda 130,7 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb) Oğuzda 116,2 manata (+16 % ), Gəncədə 112,7 manata (+60 %), Astarada 102,1 manata (-7,1 %), Astarada 108,9 manata (+21,8 % ), Lənkəranda 69,7 manata (-43,1%), Naxçıvanda 68 manata( -16,8), Qazaxda 60 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb) başa gəlib.
© “Report”
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 7 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq





















