Xurma üçün mühüm qurum yaradıldı
Azərbaycanda xurma istehsalı və ixracı ilə məşğul olan sahibkarların təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.
İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, bununla bağlı avqustun 16-da Göyçay rayonunda İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun dəstəyi, Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay və ətraf rayonlarda xurma istehsalı və ixracı ilə məşğul olan 50-ə yaxın sahibkarın iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev qeyd edib ki, hazırda Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və ixracının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təbliği məqsədilə ixrac missiyaları təşkil edilir, beynəlxalq sərgilərdə yerli məhsullarımız vahid ölkə stendində nümayiş olunur, xarici ölkələrə ticarət nümayəndələri təyin edilir və ticarət evləri yaradılır, sahibkarlara ixrac təşviqi ödənilir, ixracatçılara məsləhət xidməti göstərilir, ixtisaslaşmış assosiasiyaların yaradılması dəstəklənir.
Azərbaycan əsas xurma istehsalçısı və ixracatçılarındandır və ölkəmizin bu sahədə geniş potensialı var. Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyəti də sahibkarlığın inkişafı, eləcə də bu sahədə istehsalın və ixracın artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır. Bildirilib ki, İqtisadiyyat Nazirliyi dövlət başçısının tapşırığına uyğun olaraq, sahibkarların ixtisaslaşmış assosiasiyalarda birləşməsinə daim dəstək göstərir və indiyədək Nazirliyin dəstəyi ilə Arıçılar, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz, Tekstil İxracatçıları və İstehsalçıları Assosiasiyaları yaradılıb. Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyətinin təşkilinə də lazımi dəstək göstəriləcəkdir.
Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov sahibkarlığın inkişafı ilə bağlı rayonda görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, belə assosiasiyaların yaradılmasının əhəmiyyətini vurğulayıb.
Sonra tədbir iştirakçılarının təklifi əsasında Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, “Siracoğlu Fermer Təsərrüfatı” şirkətinin rəhbəri Qədir Yusifov assosiasiyanın İdarə Heyətinin sədri seçilib.
“Siracoğlu Fermer Təsərrüfatı” şirkətinin rəhbəri Qədir Yusifov assosiasiyanın fəaliyyətinin xurma istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlar arasında assosiativ əlaqələrin qurulması, bu sahədə ixracın genişləndirilməsi baxımından səmərəli olacağını qeyd edib.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 21 d. əvvəl
- 32 d. əvvəl
-
34 d. əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 44 d. əvvəl
-
1 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
-
1 saat əvvəl
300-dən çox yerli şirkət bir məkanda: Bakıda böyük biznes sərgisi başlayır
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 17-də gözlənilən hava şəraiti
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
Ən çox oxunanlar
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu























