“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
(®) Azərbaycan Sement İstehsalçıları Assosiasiyasına üzv olan “Norm” ASC, qurumun sement və beton sənayesində CO2 emissiyalarının azaldılmasını nəzərdə tutan “Xalis Sıfır Sürətləndirici” (Net Zero Accelerator) təşəbbüsünə qoşulub.
Şirkət assosiasiyanın 6-7 may tarixlərində təşkil etdiyi seminarlarda iştirak edərək, dayanıqlı inkişafla bağlı paylaşılan təcrübələrə və iqlim fəaliyyətinə yönəlmiş geniş müzakirələrdə yer alıb. 6 may tarixində “Norm” ASC assosiasiyanın üzvü kimi Avropa Sement Tədqiqatları Akademiyası (ECRA) ilə Anlaşma Memorandumunu da imzalayıb.
Bu tərəfdaşlıq sement və beton sənayesində dayanıqlı inkişafı dəstəkləmək və inşaat sahəsində bütün dəyər zənciri boyunca CO2 emissiyalarını azaltmaq üçün beynəlxalq təcrübədən və yerli biliklərdən istifadə etməklə, eləcə də qanunvericilik və tənzimləmələrə nail olmaqla, Azərbaycanın sement sənayesi üçün “Xalis Sıfır Yol Xəritəsi” hazırlamaq məqsədi daşıyır.
Sement sənayesinin karbonsuz və dayanıqlı gələcəyinə doğru istiqamətlənən bu təşəbbüs Norm üçün böyük əhəmiyyət kəsb edir və şirkətin gələcəyə baxışını əks etdirir. Layihə boyunca Norm ətraf mühit və iqlimlə bağlı strategiyaları təşviq etmək və həyata keçirmək üçün dövlət qurumları, qeyri-hökumət təşkilatları və sənaye tərəfdaşları da daxil olmaqla, müxtəlif maraqlı tərəflərlə sıx işləyəcək.
Qeyd edək ki, “Norm” ASC məsuliyyətli fəaliyyət öhdəliyi götürüb və şirkətin strategiyasında ətraf mühitin qorunmasına və dairəvi iqtisadiyyatın tətbiqinə önəmli yer verilir. Ekoloji sement həlləri ilə daha təmiz gələcəyə töhfə vermək üçün Norm Sement zavodunda təbii ehtiyatlardan qənaətlə istifadə olunur. Bu məqsədilə, xammal istehsalında tullantılardan və alternativ yanacaqdan istifadə edilir, eləcə də tullantıların təkrar emalı həyata keçirilir.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)
