Dövlət Xidməti telekommunikasiya operatorlarından şikayətlərin artdığını bildirir
Bir sıra hallarda telekommunikasiya operatorları tərəfindən telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilir, qoşulma zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblər qoyulur, eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətlərinin göstərilməsi zamanı müəyyən edilmiş tariflərdən əlavə ödənişlər tələb olunur.Telekommunikasiya operatorları tərəfindən telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, həmçinin ümumi istifadədə olan telefon rabitəsi xidmətlərinin göstərilməsi zamanı müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir.
Bu, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatında bildirilir.
Qeyd edilib ki, son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə telekommunikasiya operatorları tərəfindən telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması, eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətlərinin göstərilməsi zamanı müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsinə dair müraciətlər daxil olur.
Dövlət Xidməti xatırladır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərarı ilə “Təbii inhisar subyektlərinin siyahısı” təsdiq edilib. Həmin siyahı ilə rabitə xidmətləri göstərən təbii inhisar subyektləri də müəyyən edilib.
Qüvvədə olan “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər.
Eyni zamanda bildiririk ki, rabitə sahəsində xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir. Tarif (qiymət) Şurasının müvafiq Qərarına əsasən, telekommunikasiya operatorlarının telefon çəkilişi xidmətinin tarifi (telefon nömrəsinin verilməsi və şəbəkəyə qoşulma daxil olmaqla) 30 manat təsdiq edilib. Bundan əlavə, Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, ölkə daxilində sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonlarından istifadəyə görə aylıq abunə haqları əhali istehlakçı qrupu üzrə 3,5 manat, qeyri-əhali istehlakçı qrupu üzrə 7 manat, sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonlarından həyata keçirilən şəhərlərarası telefon danışıqlarının tarifi 3 qəpik/dəqiqə müəyyən edilib.
Məlumat üçün qeyd edək ki, cari ilin 1 iyul tarixində qüvvəyə minəcək Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində də ümumi istifadədə olan telefon rabitəsi xidmətləri təbii inhisar fəaliyyət sahələrinə aid edilib. Rəqabət Məcəlləsinə əsasən, təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək, məhsulların istehsalı (satışı), habelə təbii inhisar subyektinin şəbəkələrinə qoşulma ilə əlaqədar müştərilərə münasibətdə normativ hüquqi aktlarda nəzərdə tutulmayan fərqli qaydalar müəyyən etmək və onların icrasını tələb etmək təbii inhisar subyektlərinə qadağan edilir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, istehlakçılar telekommunikasiya operatorları tərəfindən telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması, eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətlərinin göstərilməsi zamanı müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsi halları ilə qarşılaşdıqları zaman Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi ( https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) elektron poçt ([email protected]) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 6 saat əvvəl
-
8 saat əvvəl
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
-
8 saat əvvəl
Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Ən çox oxunanlar
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
Qızıl sülh xəbəri ilə bahalaşır
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
























