Mərkəzi Bank: 2024-cü və 2025-ci illərdə inflyasiyanın hədəf daxilində olacağı gözlənilir
"Geosiyasi gərginliklər, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, iqlim dəyişiklikləri, dünya bazarında əmtəə qiymətlərinin və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyi xarici mənşəli başlıca inflyasiya riskləri olaraq qalır. Bununla belə dünyada monetar şərtlərin sərt olaraq qalması, ortamüddətli perspektivdə aparıcı ölkələrdə mərkəzi bankların faizləri daha mülayim endirməsi gözləntiləri qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də dövlət xərclərinin aktivləşməsi və məcmu tələbin izafi artımı ilə əlaqədardır".
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Faiz dəhlizinin parametrləri haqqında press-relizində bildirilir.
Qeyd edilib ki, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir (aprel proqnozu: 2024-cü ilə 3.5% və 2025-ci ilə 4.2%). Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilmişdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 47 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu






















