Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri layihəsinin auditi barədə razılığa gəlib
Azərbaycan və Türkiyənin Hesablama Palataları İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinin paralel auditi barədə razılığa gəlib.
Müvafiq protokol aprelin 29-da Türkiyənin İğdır vilayətinin Aralıq rayonundakı “BOTAŞ” neft-qaz şirkətinin stansiyasında iki ölkənin hesablama palatalarının rəhbərləri tərəfindən imzalanıb.
Sənədi Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Türkiyə Hesablama Palatasının rəhbəri Metin Yener imzalayıblar.
Sənədin imzalanması mərasimində “BOTAŞ”ın baş direktoru Əbdülvahid Fidan da iştirak edib.
“Bu təşəbbüs qardaş ölkələrin əməkdaşlığında yeni səhifə açacaq. Qaz kəməri layihəsinin auditi zamanı ən müasir nəzarət metodlarından və ən son texnologiyalardan istifadə olunacaq”, - M.Yener jurnalistlərə bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























