Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
Vətəndaşlarınməkdə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı tamamlanıbSaxta sənədlər hazırlamaqla çağırışçıların qanunsuz olaraq həqiqi hərbi xidmət keçməkdən yayınmalarını təşkil edən “The Times Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Ceyhun Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaqla Ceyhun Hacıyevin ona müraciət etmiş ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq onların guya xarici ölkədə yerləşən ali təhsil müəssisələrində əyani şəkildə bakalavr və magistr təhsili almalarına dair saxta sənədlər hazırlamasına, habelə həmin şəxslərin sözügedən sənədlərdən istifadə edərək növbəti hərbi çağırışdan boyun qaçırmalarını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Ceyhun Hacıyevə Cinayət Məcəlləsinin 320.1 (hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama), 32.3, 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırmağa təşkilatçılıq etmə) və digər maddələri ilə yekun ittiham elan edilməklə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 48 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu























