m10-dan istifadə edənlərin nəzərinə - Mayın 9-dan bunu etməyənlər üçün istifadə məhdudlaşdırılacaq
Azərbaycan Mərkəzi Bankının yeni qaydalarına əsasən, elektron pulqabılarda üztanıma məcburi olacaq.Mayın 9-dan etibarən FİN kod ilə qeydiyyatdan keçməyənlər üçün elektron pulqabıdan istifadə məhdudlaşdırılacaq.
Bu barədə Marja-ya "PASHA Pay" şirkətindən bildirilib.
Qeyd edilib ki, müştərilərin eyniləşdirilməsi və verifikasiyası prosedurları çərçivəsində göstərilən tarixədək hər bir istifadəçi şəkli və FİN kodu ilə qeydiyyatdan keçməlidir.
Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, bütün maliyyə tətbiqləri kimi, m10 elektron pulqabılarında da şəxsi FİN kod ilə qeydiyyatdan keçmək məcburidir. Ödəniş xidməti tərəfindən ödəniş əməliyyatlarının aparılması zamanı ödəyicinin və vəsait alanın, habelə benefisiar mülkiyyətçilərin müştəri uyğunluğu tədbirləri və bununla bağlı digər məsələlər Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməklə həyata keçirilir.
Yeni qaydalara əsasən, qeydiyyat çox asandır. İstifadəçilər şəxsi məlumatlarına FİN kod əlavə edərək üztanıma həyata keçirəcəklər. Geniş məlumat istifadəçi nömrələrinə göndəriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















